Icma.az
close
up
RU
Ukrayna danışıqları kritik mərhələdə: Razılaşma əldə olunacaq!

Ukrayna danışıqları kritik mərhələdə: Razılaşma əldə olunacaq!

Ayna saytına istinadən Icma.az xəbər verir.

Amerika liderinin münaqişəyə baxışı:  “İnanıram ki, razılıq əldə olunacaq və biz orada baş verən qanı dayandıra biləcəyik”

ABŞ Prezidenti Donald Tramp hətta seçki kampaniyası zamanı Ukraynadakı münaqişəyə 24 saat ərzində son qoymaq imkanından danışmışdı. Üstəlik, demək olar ki, vəzifəsinin icrasına başlayandan dərhal sonra Amerika lideri Moskva ilə Kiyevi danışıqlara çağırıb və özünü mümkün vasitəçi adlandırıb. İndi Tramp bu vədlərin hamısını həyata keçirməyə çalışır, baxmayaraq ki, bunu etməkdə çoxlu çətinliklərlə üzləşir. Bununla belə, Tramp yəqin ki, nikbindir, çünki  daim danışıqlar prosesində irəliləyiş olduğunu qeyd edir.

Məlumdur ki, Ukraynada münaqişənin başlamasından sonra Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışıqların zəruriliyindən danışmağa başlayıb. Eyni zamanda, o özünü Rusiya lideri ilə ünsiyyət qura bilən siyasətçi kimi təqdim edib.

“Vladimir Putinlə danışacaq heç kimimiz yoxdur, əvvəl belə bir insan var idi - mən Donald Tramp ABŞ-ın 45-ci prezidenti”, - deyə bildirmişdi.

Bundan əlavə, hərbi əməliyyatların ilk aylarında Tramp Rusiya və Ukraynanı dərhal danışıqlara başlamağa çağırmışdı və özünü tərəflər arasında “ən yaxşı vasitəçi” adlandırmışdı. Demişdi ki, ABŞ Prezidenti Co Baydüen yox,o  olsaydı, Ukraynada münaqişə baş verməyəcəkdi. Eyni zamanda, Tramp dəfələrlə bildirib ki, Ukrayna münaqişəsi Üçüncü Dünya müharibəsinə çevrilə biləcər və bu barədə xəbərdarlıq edib.

“İndi də Rusiya ilə Ukrayna arasında münaqişə var. Müharibəyə sülh yolu ilə son qoymaq üçün dərhal danışıqlara getməliyik. Əks halda, Üçüncü Dünya müharibəsinə şahidlik edəcəyik”, - Tramp hələ prezident olmamışdan əvvəl vurğulamışdı.

“Reuters” Trampın prezident seçkiləri kampaniyası zamanı Ukrayna üzrə sülh danışıqlarına çağırışlarını yenidən xatırladıb. Belə ki, o, 2023-cü ilin yayında qələbə qazanacağı təqdirdə danışıqlar prosesini şəxsən təşkil edəcəyinə söz verib: “Seçkidə qalib gəlsəm, ilk işim Putinlə əlaqə saxlamaq, Zelenski ilə əlaqə saxlamaq olacaq. Mn onların hər ikisini çox yaxşı tanıyıram və əmin olun ki, onlar sülh sazişinə razı olacaqlar. Həm Vladimir Putin, həm də Volodimir Zelenski ilə yaxşı anlaşıram və onların hər biri ilə razılığa gələ bilərəm. Ən nəhayət, Ukraynadakı münaqişəni 24 saat ərzində dayandıra bilərəm”.

Tramp onu da demişdi ki, “Ukraynanın sülhə nail olmaq üçün bir sıra ərazilərdən imtina etməli olacağı mümkündür”.

Nəticədə, ABŞ-da Tramp həqiqətən də seçildikdən dərhal sonra Rusiya və Ukrayna arasında danışıqları təşkil etməyə qadir siyasətçi hesab olunmağa başladı. Lakin Trampın qələbəsi və andiçmə mərasimindən sonra Ukraynada münaqişə bitmədi. Amerika lideri tezliklə 24 saat ərzində sülhün əldə olunması ilə bağlı əvvəlki sözlərindən imtina etdi və bunun aylar çəkəcəyini etiraf etməyə başladı.

“Bunu bir az istehza ilə demişdim. Əslində demək istədiyim o idi ki, bu məsələni həll etməyə qadirəm”, Tramp bildirdi.

Eyni zamanda, Tramp daim qeyd edirdi ki, həm Rusiya, həm də Ukrayna danışıqlara hazırdır. Lakin o Ukraynanın mövqeyi ilə bağlı fikrini sonradan dəyişdi: məsələn, Zelenski ilə görüşdən sonra Amerika lideri bəyan edib ki, “Ukrayna prezidenti sülhə hazır deyil”.

Digər tərəfdən, Tramp Putinin danışıqlar aparmaq istəyini şübhə altına almayıb. O, həmçinin Rusiya lideri ilə şəxsən əlaqə saxlamağa hazır olduğunu və həqiqətən də onunla bir neçə telefon danışığı apara bildiyini vurğulayıb. Eyni zamanda, həmçinin Rusiya prezidenti ilə şəxsən görüşmək niyyətində olduğunu bildirib.

“Putinlə danışacağıq. Və ümid edirəm ki, biz fərq yaradacaq bir şey edəcəyik. Biz münaqişəni dayandırmaq istəyirik”, - deyə Tramp qeyd etmişdi.

Tramp Putinə etibar etməyə hazır olduğunu, lakin kor-koranə etməyəcəyini bildirdi və dedi ki, Putin çox ağıllı və hiyləgər bir insandır. O etiraf etmişdi ki, Rusiya Prezidenti danışıqları gecikdirə bilər, lakin əlavə edib ki, o uzun illər ərzində müxtəlif müqavilələr bağlayarkən bunu edib.

Dünən isə Amerika lideri indi deyir ki, Ukrayna üzrə danışıqlar artıq “kritik mərhələyə” daxil olub. Tramp danışıqlar prosesinə çox vaxt itirməməyə və mümkün qədər tez nizamlanmaya nail olmağa çağırıb. ABŞ lideri münaqişədən sonra Ukraynanın 2014-cü il sərhədlərinə qayıtmasının mümkün olmadığını deyib. Bununlıa yanaşı, Tramp qeyd edib ki, danışıqlar uğurlu olarsa, anti-Rusiya sanksiyalarının yumşaldılması və hətta ləğvi məsələsini nəzərdən keçirməyə hazırdır. O Ukraynanın NATO-ya üzv olmaqdan imtinası ilə razılaşıb¸ Rusiya və Ukraynanın sülhə razı olmadığı təqdirdə, bunun bütün dünya üçün yaxşı nəticə verməyəcəyinə diqqət çəkib.

“İnanıram ki, razılıq əldə olunacaq və biz orada baş verən qanı dayandıra biləcəyik”, - deyə Amerika lideri vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://ayna.az
archiveBu xəbər 29 Mart 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri