Ukrayna “dərsi”: 15 ölkə yeni sistem yaratdı Türkiyə imza atdı
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyə də daxil olmaqla NATO üzvü olan 15 ölkə hava təhlükəsizliyi və müdafiəni gücləndirmək üçün iki yeni çoxmillətli hava hücumundan müdafiə təşəbbüsü ilə bağlı sənədə imza atıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Sənədi imzalayan ölkələr arasında Türkiyə ilə yanaşı, Belçika, Danimarka, Estoniya, Finlandiya, Fransa, Yunanıstan, Latviya, Litva, Niderland, Norveç, Portuqaliya, Rumıniya, İspaniya və Böyük Britaniya da var.
Aşağı səviyyəli (150 metrdən aşağı) hava təhlükəsi və passiv hava müşahidəsi layihələri vasitəsilə iştirakçı ölkələr yeni imkanları inkişaf etdirməyə çalışacaq. Eyni zamanda daha az xərc və daha yüksək əməliyyat faydaları hesabına milli imkanlar arasında qarşılıqlı əlaqəni artırmağı hədəfləyəcək.
“Ukraynadakı müharibə göstərdi ki, kiçik pilotsuz uçuş aparatları kimi texnologiyalar nə qədər effektiv və təhlükəli ola bilər. NATO-nun bu yeni təhdidləri aşkar etmək, müəyyən etmək, izləmək və onlara cavab vermək qabiliyyətini artırması vacibdir. Bundan başqa, Alyansın çəkindirmə və müdafiəni gücləndirmək üçün texnoloji tərəqqidən yararlanması da mütləqdir”, - NATO-nun məsələ ilə bağlı açıqlamasında bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 14 Fevral 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















