Icma.az
close
up
RU
Ukrayna diplomatik yolla öz torpaqlarını qaytara bilər ŞƏRH

Ukrayna diplomatik yolla öz torpaqlarını qaytara bilər ŞƏRH

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ rəhbərliyi və bütün Avropanın əməkdaşlığı ilə Ukraynada ədalətli sülhə tamamilə nail olmaq olar.

Ukrayna liderinin açıqlamasını Redaktor.az-a şərh edən politoloq Elşad Həsənov bildirdi ki, Zelenski sülhə ABŞ-nin rəhbərliyi altında nail olunacağını bilir. Onun sözlərinə görə, burada Avropanın da dəstəyi mütləq lazımdır:

"Hazırkı dövrdə - ən son fevralın 28-də Zelenskinin Vaşinqtonda keçirilən görüşündən sonra siyasi mövqeylər dəyişdi. Tramp öz diktələrini etməyə başladı, hətta Zelenskini diktator adlandırdı. Putinə dəstək, onunla tərəfdaş formada çıxışlar etdi. Zelenski isə həm Böyük Britaniya ilə, həm Avropa İttifaqının rəhbərləri ilə, o cümlədən Almaniyanın, Fransanın rəhbərliyi ilə danışıqlar apardı. Avropa İttifaqı Ukraynaya dəstək olacağını bildirdi. Ancaq yenə də ABŞ-nin köməyi lazımdır. Görünən odur ki, hazırkı dövrdə dünyanın ən güclü və ən hökmran ölkəsi Amerikadır. Bunu bütün dünya qəbul edir. Çünki ABŞ həm iqtisadi, həm hərbi cəhətdən çox inkişaf etmiş ölkədir. Dünyanın bütün beyinləri Amerikaya yığılıb, bütün möcüzələri onlar yaradıblar. Təbii ki, Tramp seçkilərdən öncə bildirdi ki, mən hakimiyyətə gəldikdən qısa müddət sonra müharibəni bitirəcəyəm. Onun hakimiyyəti dövründə ən yaxşı layihəsi müharibəni dayandırmasıdır. Müharibəni dayandırması üçün Ukraynaya, Avropa İttifaqına təzyiqlər etməsi, qonşu ölkələrə müxtəlif təhdidlər etməsi, bütün bunların hamısı Trampın apardığı siyasətə qarşı olan bir siyasətdir. Eyni zamanda həm ABŞ, həm Avropa İttifaqı Ukraynada müharibə başlandıqdan bəri Ukraynaya dəstək olublar. Ancaq Tramp hakimiyyətə gəldikdən sonra, Putinin yaxın dostu kimi çıxış edir".

Politoloq qeyd etdi ki, siyasət dəyişir, gərginlik isə artır:

"Bütün bunların fonunda isə bu gün artıq Ciddədə Ukrayna nümayəndələri ilə ABŞ nümayəndələri arasında görüş keçirilir. Bu görüşlər onu deməyə əsas verir ki, Amerika öz siyasətində Ukraynaya qarşı münasibəti dəyişməyə başlayır. Hətta Tramp çıxışında bildirdi ki, biz lazım gələrsə, Ukraynaya dəstək göstərəcəyik. Trampın ətrafında olan adamlar Rusiyanın hansı siyasəti yürütdüyünü, yəqin ki, ona başa salırlar. Eyni zamanda Böyük Britaniyanın Baş naziri Kir Starmer Vaşinqtonda Trampla görüşdü, Emmanuel Makron Trampla görüşdü. Onlar da müəyyən mənada öz fikirlərini verib, xahişlərini etdilər".

Müsahibimiz bildirdi ki, Trampın siyasətində Ukraynaya qarşı müəyyən dəyişikliklər hiss edilir.

"Hesab edirəm ki, doğrudan da, ABŞ-nin dəstəyi ilə və həm də Avropa İttifaqının birlikdə əməyi sayəsində Ukraynada sülhə nail olmaq olar. Artıq Avropa İttifaqının üzvləri olan həm Almaniya, Fransa, İtaliya, eyni zamanda Böyük Britaniya öz qoşunlarını bufer zonaya yerləşdirməyə razıdırlar. Hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, sülhün bərqərar olması üçün öz hərbi qüvvələrimizi göndərə bilərik. Bütün bunlar Avropa İttifaqının dəstəyi ilə həyata keçirilə bilər. ABŞ və Avropa İttifaqı birlikdə çalışsalar, sülhə nail olmaq olar. Hər iki tərəf öz mövqeylərindən əl çəkib, güzəştdə getməyi bacarmalıdır. Reallıq odur ki, Ukrayna torpaqlarının 20 faizi artıq Rusiyanın işğalı altındadır. Bu torpaqlardan işğalçı qüvvələrin çıxarılmasına bu gün elə ciddi güc yoxdur. Atəşkəs əldə edib sülh imzalamaq olar. Gələcəkdə hesab edirəm ki, Ukrayna diplomatik yolla öz torpaqlarını qaytara bilər. Bu formatda görüşlər, proseslər davam edəcək və müsbət nəticələr əldə etmək olacaq", - deyə E.Həsənov vurğuladı.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Mart 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri