Icma.az
close
up
RU
Ukrayna diplomatiyasına yer verilməməsi bu problemin yenidən aktuallaşmasına gətirib çıxara bilər Politoloq

Ukrayna diplomatiyasına yer verilməməsi bu problemin yenidən aktuallaşmasına gətirib çıxara bilər Politoloq

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Fevralın 20-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində ABŞ və Rusiya rəsmiləri arasında Ukraynadakı münaqişəyə dair danışıqlar keçirilib. Bu görüşdə Ukrayna nümayəndələri iştirak etməyib. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, tərəflər səfirlik işçilərinin sayı və sülh danışıqları üçün yüksək səviyyəli komandanın yaradılması ilə bağlı geniş razılığa gəliblər. 
Ukrayna Prezidenti Volodimir Zelenski bu danışıqlara dəvət olunmadığını və Ukraynanın iştirakı olmadan əldə edilən razılaşmaları tanımayacağını bəyan edib. O, Ukraynanın gələcəyi ilə bağlı hər hansı danışıqların Ukraynanın iştirakı olmadan mümkün olmadığını vurğulayıb.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, Rusiya və ABŞ  arasında aparılan danışıqlarda Ukraynanın iştirak etməməsi və Avropa ölkələrinin bu danışaqlardan kənarda saxlanılması əlbəttə ki, nə Ukraynanı, nə də Avropanı qane edən məsələdir:
“Ukraynanın təxminən ay yarım öncə müqavilə bağladığı Böyük Britaniyanın da bu xoşuna gəlmir. Çünki Böyük Britaniya Ukrayna ilə münasibətlərinin 100 illik müqaviləsində təhlükəsizliyin təmin olunması istiqamətində bir razılaşma imzalayıb. Böyük Britaniya Ukraynanın əsas təminatçısı sayılır. Düşünmürəm ki, belə halda nəticə əldə etmək olar. Effektiv üsulla inandırıcı görünmür. Eyni zamanda, artıq mütəxəssislərin əksəriyyəti hesab edir ki, Rusiya küncə sıxışdırılmış vəziyyətdədir. İndiki halda bu proseslərdə Ukraynanın kənarda saxlanması, Ukrayna diplomatiyasına yer verilməməsi və Avropa diplomatiyasının bu məsələdə kənarda qalması qarşıdakı dövrdə bu problemin yenidən aktuallaşmasına gətirib çıxara bilər. Ən yaxşı halda, Ukraynanın, Avropanın və Türkiyənin bu prosesdə iştirakı qaçılmaz olmalıdır. Əks halda, biz Ukraynanın və digər diplomatiyanın kənarda saxlanmasını effektiv sülh əldə etmək üçün maneə kimi görə bilərik”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Fevral 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see356

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see248

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see211

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see202

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see191

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see175

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see159

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see145

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see145

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see143

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see143

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see136

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see132

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see131

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see130

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see127

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see124

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see123

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri