Ukrayna dronları Rusiyanın “Yandex” şirkətini vurdu
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna dronlarının hücumu nəticəsində Rusiyanın ən böyük internet platformalarından biri olan “Yandex” şirkətinin Kaluqa şəhərində yerləşən məlumat mərkəzinin infrastrukturunun bir hissəsi zədələnib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya mediası şirkətin açıqlamasına istinadən məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində məlumat mərkəzinin bir neçə modulu sıradan çıxıb.
Şirkət əlavə edib ki, zərərin miqyası və nəticələri hazırda qiymətləndirilir. Hücum nəticəsində xəsarət alan olmayıb.
Rusiya mediasının məlumatına görə, Kaluqadakı məlumat mərkəzinin gücü Ukrayna müdafiə qüvvələrinin daha əvvəl hücum etdiyi Sasovo şəhərindəki mərkəzdən 5 dəfədən çoxdur. Bu obyekt şirkətin bulud hesablamaları və xidmətlərinin əsas hissəsini təmin edir. Mərkəzin layihə üzrə ümumi gücü 63 meqavatdır.
Xatırladaq ki, Ukrayna müdafiə qüvvələrinin Sasovodakı məlumat mərkəzinə zərbəsindən sonra “Yandex”in bəzi xidmətlərinin fəaliyyəti dayandırılıb. Hadisənin nəticələri Rusiyanın digər rəqəmsal xidmətlərinə də təsir edib. Bunların arasında dövlətin “Qosusluqi” portalı, onlayn bank xidmətləri və bəzi mobil operatorlar var.
Qeyd edək ki, Ukraynanın məlumat mərkəzlərinə ilk zərbələri Rusiyanın endirdiyi bildirilir. Belə ki, bir müddət əvvəl Rusiyanın hücumu nəticəsində “Omeqa Telekom” şirkətinin məlumat mərkəzlərindən birinin fəaliyyətini dayandırdığı məlum olub.
Şirkət hazırda ehtiyat məntəqələrdə rabitə kanallarının və internetə çıxışın bərpası üzərində işlədiyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 09 Oktyabr 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















