Ukrayna dünyada ilk dəfə reaktiv dronu döyüş lazeri ilə vurub
Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
Ukrayna dünyada ilk dəfə döyüş lazeri texnologiyasından istifadə etməklə reaktiv mühərrikli hücum dronunu vurub.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin müdafiə texnologiyalarının inkişafı üzrə müşaviri Sergey (Fleş) Beskrestnov "Facebook" sosial şəbəkəsində məlumat verib.
O, "Carmin Sky" şirkətinin "Blysk" hava hücumundan müdafiə lazer qurğularının döyüş şəraitində ilk nəticələrini göstərdiyini bildirib.
"Bu yaxınlarda kritik infrastruktur obyektinin müdafiəsi üçün quraşdırılmış döyüş lazeri dünyada ilk dəfə reaktiv dron olan "Geran"ı vurub", - deyə Fleş vurğulayıb.
Bununla yanaşı, mütəxəssis lazerin seriyalı istehsalından danışmaq üçün hələ tez olduğunu bildirib.
"Sınaqlar davam edir. Bu sınaqlar zamanı lazerlər kritik infrastruktur obyektlərini qoruyur", - deyə Beskrestnov qeyd edib.
///oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 26 Noyabr 2026 08:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















