Icma.az
close
up
RU
“Ukrayna ilə ABŞ arasında faydalı qazıntılarla bağlı saziş bu gün imzalana bilər“ “The Wall Street Journal“

“Ukrayna ilə ABŞ arasında faydalı qazıntılarla bağlı saziş bu gün imzalana bilər“ “The Wall Street Journal“

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

"ABŞ Ukraynanı sazişə məcbur etmək üçün həyati əhəmiyyət kəsb edən "Starlink" peyk internet-sisteminə çıxışdan məhrum etməklə təhdid edib..."

Ukrayna və ABŞ artıq bu gün faydalı qazıntılarla bağlı saziş imzalaya bilər.

Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.

Nəşrin mənbələri ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqun ukraynalıları buna razı salmağa müvəffəq olduğunu bildirib. "Saziş şənbə günü imzalana bilər, baxmayaraq ki, o, hələ tam hazır deyil", - mənbələr qeyd edib.

Amerikalı jurnalistlərin məlumatına görə, Ağ Ev sazişin yeni variantını irəli sürüb. Hər iki tərəfdən olan mənbələr bildirir ki, bu dəfə razılaşmanın imzalanma ehtimalı daha yüksəkdir. 

Söhbət Kiyevə nadir torpaq metallarının yataqlarının yarısının işlənməsi üçün ABŞ şirkətlərinə daimi konsessiya verməyi təklif edən planın dəyişdirilmiş versiyasından gedir. Daha öncə Vladimir Zelenski bu təklifi rədd edib və bununla da Vaşinqtonla münasibətlərdə böhran yaradıb.

Nəşr Ukrayna hökumətinə yaxın bir mənbənin sözlərinə istinadən bildirir ki, ABŞ-ın Kit Kelloq sazişin şərtlərinin razılaşdırılmasında "böyük rol" oynayıb. O, Kiyevdə keçirdiyi üç günlük səfəri zamanı Zelenski və digər ukraynalı rəsmilərlə etimadı möhkəmləndirib.

Tərəflər sazişin yeni versiyasını, cəbhədəki vəziyyəti, hərbi əsirlərin qaytarılmasını və gələcək sülh razılaşması çərçivəsində Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə edib.

"Reuters" agentliyinin məlumatına görə, ABŞ Ukraynanı faydalı qazıntılarla bağlı sazişi imzalamağa məcbur etmək üçün onu həyati əhəmiyyət daşıyan "Starlink" peyk internet sisteminə çıxışdan məhrum edə bilər. Nəşrin məlumatına görə, bu təhdid artıq iki dəfə, o cümlədən Kit Kelloq və Zelenskinin görüşü zamanı səsləndirilib.

Görüşün yekununda Vladimir Zelenski ABŞ-a "yardım və Konqresin ikiqat dəstəyinə" görə təşəkkür edib. "Ukrayna, ABŞ prezidentinin təhlükəsizlik zəmanətləri ilə birlikdə dayanıqlı və effektiv investisiya sazişini bağlamağa hazırdır. Öz növbəmizdə, nəticəyə tez və konstruktiv şəkildə nail olmaq üçün yol təqdim etdik. Komandamız fasiləsiz işləməyə hazırdır", - o, bildirib.

Bu gün "Reuters" yazıb ki, ABŞ Ukraynanı faydalı qazıntılarla bağlı sazişi imzalamağa məcbur etmək üçün onu həyati əhəmiyyət daşıyan "Starlink" peyk internet sisteminə çıxışdan məhrum edə bilər. Nəşrin məlumatına görə, bu təhdid artıq iki dəfə, o cümlədən Kit Kelloq və Zelenskinin görüşü zamanı səsləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Fevral 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see221

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see168

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see157

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri