Ukrayna ilə bağlı YENİ GƏLİŞMƏ: Kritik nöqtəyə çata bilər KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Ukraynada müharibənin gedişi getdikcə Kiyev üçün daha mənfi istiqamət alır və əgər Qərbdən yeni silah tədarükü baş verməzsə, artıq payız aylarında cəbhə xəttində vəziyyət kəskin şəkildə pisləşə bilər.
KONKRET.az xəbər verir ki, bu barədə Financial Times qəzetinin siyasi şərhçisi Gideon Rakhman yazıb. O bildirib ki, bəzi NATO liderlərinin qiymətləndirməsinə görə, “əgər Ukrayna yaxın aylarda lazımi həcmdə yeni hərbi yardım almasa, 6 ay ərzində kritik nöqtəyə çata bilər”.
Qəzetin yazdığına görə, adının çəkilməsini istəməyən Qərb rəsmiləri daha pessimist fikirlər səsləndirərək xəbərdarlıq edirlər ki, Ukrayna ordusu ifrat həddə çatarsa və yardım artmasa, bu, “faciəvi uğursuzluğa” səbəb ola bilər.
Natiq Səlim,
KONKRET.az


