Rusiya Ermənistan arasında yeni gəlişmə: Overçuk İrəvanda KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk İrəvanda erməni həmkarı Mher Qriqoryanla görüşüb.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə erməni mediasına istinadən bildirir ki, təkbətək söhbətdən sonra nümayəndə heyətləri arasında görüş keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər Ermənistan-Rusiya gündəliyinə dair məsələləri müzakirə ediblər. Qriqoryan Rusiya baş nazirinin müavininə operativ reaksiyaya və Rusiya buğdasının Yuxarı Lars keçid məntəqəsi vasitəsilə Ermənistana idxalına köməyə görə təşəkkür edib.
Dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi baxımından Qriqoryan və Overçuk ticarət, nəqliyyat, energetika və gömrük kimi sahələrin əhəmiyyətini qeyd ediblər. Onlar ərazi bütövlüyü, suverenlik və qarşılıqlılıq prinsipi çərçivəsində regionda kommunikasiyaların bloklanmasının zəruriliyini vurğulayıblar.
Maraqlısı budur ki, Overçuk Azərbaycan nümayəndə heyəti ilə görüşdən və Rusiyada hökumətlərarası komissiyanın iclasından öncə qəfil İrəvana səfər edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 20 Avqust 2025 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















