Ukrayna Krım körpüsünü bu silahlarla vurub
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna ordusu Krım körpüsünə “Palyanitsa”, “Ruta”, FP-5 dronları, “Neptun” və “Flaminqo” raketləri ilə zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski özünün Teleqram kanalında yazıb.
“Bu gün həlledici bir məqamda “Palyanitsa” dronları özlərini nümunəvi şəkildə göstərərək körpünün avtomobil hissəsinə zərbə endirdilər. “Neptun” raketləri, eləcə də “Ruta” və FP-5 dronları isə körpünün dəmiryolu hissəsini vurdular. Qoşunlarımız “Flaminqo” sistemindən istifadə edərək dəqiq zərbə həyata keçirdilər və əlaqə son saniyələrə qədər mükəmməl şəkildə qorunub saxlanılıb”, - Zelenski bildirib.
Qeyd edək ki, bu gün Ukrayna ordusu Krım körpüsünə zərbələr endirib. Zərbələr nəticəsində tağla yanaşı, körpünün nəqliyyat vasitələri üçün nəzərdə tutulan hissəsinin tamamilə uçdub, gəmi keçidi isə körpünün dağıntıları səbəbindən bağlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 17 Noyabr 2026 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















