Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ukrayna Krımı mühasirəyə alsa, Rusiya nə edəcək?

Ukrayna Krımı mühasirəyə alsa, Rusiya nə edəcək?

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

"Politico"nun təhlilinə görə, Ukraynanın intensiv dron hücumları nəticəsində Krımda enerji, nəqliyyat və hərbi infrastruktur ciddi zərər görüb, bu da Rusiyanın bölgədəki logistikasını çətinləşdirib. Məqalədə qeyd olunur ki, Kiyev Krımı təcrid etməklə Moskvanı digər cəbhələrdən qüvvə çəkməyə məcbur etməyə çalışır. Ekspertlər Krımın gələcəkdə Ukraynanın nəzarətinə qayıtmasını mümkün saysalar da, bunun yaxın zamanda baş verəcəyini real hesab etmirlər.Krım ətrafında artan təzyiq Rusiyanın Ukraynadakı hərbi strategiyasına nə dərəcədə təsir göstərə bilər?Krım yaxın illərdə yenidən Ukraynanın nəzarətinə qayıda bilərmi?

“Krıma edilən hücumlarda iki əsas məqsəd ortaya qoyulub. Birincisi odur ki, həqiqətən də Krıma hücumlar Rusiyanı bütün qüvvələrini bu istiqamətə cəmləşdirməyə məcbur etmək məqsədi daşıyır. Rusiya Krıma daha çox resurs yönəltməli olur və nəticədə qalan cəbhələrdə imkanları azalır”.

Bu fikirləri Bizimyol.info xəbər portalına açıqlamasında politoloq Turab Rzayev bildirib.

Onun sözlərinə görə, Rusiya Krıma xüsusi əhəmiyyət verir və bunu müxtəlif addımlarında da göstərir.

"Məsələn, Rusiya məcbur şəkildə Krıma yeni nəqliyyat marşrutları açmağa çalışdı. Krımda müxtəlif tədbirlər və konfranslar keçirildi ki, diqqət bu bölgəyə yönəlsin. Krımı xüsusi şəkildə ön plana çıxarmağa çalışdılar. Hətta Krımın Rusiya üçün əhəmiyyətini göstərən müxtəlif simvolik addımlar, xəritələr və Putinə həsr olunan xatirə medalları da hazırlanmışdı. Bütün bunlar göstərir ki, Krım Rusiya üçün xüsusi əhəmiyyət daşıyır. Məhz buna görə də Rusiya Krımın təhlükəsizliyinə xüsusi diqqət ayırır və məcburi şəkildə daha çox resursunu ora yönəldir. Elə buna görə də Ukrayna vaxtaşırı Krımı, Krım körpüsünü, Krımın su ehtiyatlarını, yarımadaya gedən yolları və logistika infrastrukturunu hədəfə alır."

Politoloq bildirib ki, ikinci məqsəd isə psixoloji üstünlük qazanmaqdır: "Ukrayna hesab edir ki, Krıma qarşı təzyiqləri artırmaq və burada müəyyən üstünlük əldə etmək Rusiyanın beynəlxalq nüfuzuna ciddi zərbə vura bilər. Krımın mühasirəyə düşməsi ehtimalı, Krıma açılan yolların bağlanması və yarımadanın yalnız dağıdılmış körpüdən asılı vəziyyətə düşməsi Rusiya üçün çox ciddi problem yarada bilər. Belə bir vəziyyət Rusiyanın dünya dövləti və qlobal güc kimi nüfuzunun azalmasına səbəb ola bilər. Eyni zamanda bu, Vladimir Putinin şəxsi nüfuzuna da ciddi zərbə vuracaq."

Turab Rzayev qeyd edib ki, Vladimir Putin uzun illər Krımı Rusiyaya qaytaran lider kimi təqdim olunub:

"Putin məhz Krımı Rusiyaya qaytaran şəxs kimi təqdim edilirdi. Əgər Krımda vəziyyət Rusiyanın nəzarətindən çıxsa və ya burada ciddi təhlükə yaransa, bu, Putinin hakimiyyətinə çox ciddi zərbə olacaq."

Politoloqun sözlərinə görə, Ukraynaya qarşı genişmiqyaslı hücumun müəyyən qədər gecikməsinin səbəblərindən biri də məhz Krım amili idi.

"Çünki Krıma gedən quru yolu açmaq üçün Rusiya Azov istiqamətində çox böyük döyüşlər apardı. Məqsəd quru dəhlizi yaratmaq idi. Nəticədə digər istiqamətlərdə Ukrayna ordusu toparlanmağa imkan qazandı və Rusiya bəzi bölgələri daha tez ələ keçirmək imkanını itirdi."-deyə o bildirib.

Politoloq hesab edir ki, həm psixoloji, həm də hərbi-strateji baxımdan Krıma təzyiqlər gələcəkdə də davam edəcək.

"Düşünürəm ki, Ukrayna həm psixoloji, həm də hərbi strategiya baxımından Krıma təzyiqləri artıracaq. Biz getdikcə Krımda və Rusiyada bu cür hadisələrin daha çox şahidi olacağıq."-deyə o əlavə edib.

Bununla belə, Turab Rzayev hesab edir ki, Krım məsələsində ehtiyatlı davranmaq zəruridir: "Bunun nəticədə Ukraynanın Krımı tam şəkildə geri qaytarmasına imkan verib-verməyəcəyini demək çətindir. Çünki Krım Rusiyanın ən həssas məsələlərindən biridir. Burada vəziyyətin daha da gərginləşməsi Rusiyanın ən azı taktiki nüvə silahından istifadə ehtimalını gündəmə gətirə bilər. Buna görə də ola bilsin ki, Ukrayna və onun Qərbdəki müttəfiqləri Krım məsələsində daha ehtiyatlı davranmağa çalışsınlar. Amma düşünürəm ki, hərbi balans Ukraynanın xeyrinə dəyişərsə, yavaş-yavaş da olsa Krımda Rusiyanın “qırmızı xətləri” daha çox sınaqdan keçiriləcək."

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 15 İyul 2026 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see862

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see476

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see338

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see304

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see288

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see285

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see283

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see269

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see258

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see257

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see251

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see246

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see243

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see241

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see230

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see224

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see224

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see223

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see199

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri