Ukrayna millisindən çəkinmirik Ayxan Abbasov
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
Sabah bizi gərgin oyun gözləyir.
"Unikal" xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, iki ardıcıl səfər oyunu keçirmələrinin çətin olduğunu bildirib. Baş məşqçi sözlərinə belə davam edib: "Görüşlər arasında da zaman azdır. Futbolçular da yorulur. Çalışacağıq ki, müəyyən dəyişikliklər edək. Bu matçda daha yaxşı olmalıyıq. Xal qazanmaq istəyirik. Rəqib də bu qarşılaşmaya final kimi baxır. Ukraynadan çəkinmirik. Gələcəyə nikbin baxmaq istəyiriksə, rahat və çəkinmədən mübarizə aparmalıyıq".
Qeyd edək ki, Ukrayna-Azərbaycan oyunu oktyabrın 13-də Polşanın Krakov şəhər stadionunda keçiriləcək.
Baxış sayı:86
Bu xəbər 12 Oktyabr 2025 22:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















