Icma.az
close
up
RU
Ukrayna müharibədə canlı qüvvənin əvəzinə robot texnikadan istifadə edəcək Hərbi ekspert

Ukrayna müharibədə canlı qüvvənin əvəzinə robot texnikadan istifadə edəcək Hərbi ekspert

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə dron əleyhinə vasitələrin istehsalına başlanıldığını və bu sahəyə 6 milyard dollar həcmində investisiya yatırıldığını bildirib.

Ukraynanın dron əleyhinə sistemlərin yerli istehsalına başlaması ölkənin müdafiə strategiyasında hansı keyfiyyət dəyişikliyinə səbəb ola bilər? Bu addım müasir döyüş meydanında artan dron təhdidinə qarşı effektiv cavab kimi qiymətləndirilə bilərmi və bunun Rusiya ilə davam edən müharibədə real təsirləri nə ola bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında hərbi ekspert Azad İsazadə bildirdi ki, İkinci Qarabağ müharibəsində də biz pilotsuz uçuş aparatlarının (PUA), yəni dronların rolunu gördük:

"Amma, sözsüz ki, əsas döyüş işini görən quru qoşunları, toplar, raketlər və sair idi. Bununla belə, dronların rolu kifayət qədər yüksək idi və biz bu rolu çox qiymətləndiririk. Xarici media da İkinci Qarabağ müharibəsini dronların döyüş əməliyyatlarında uğurlu istifadəsinin ilk nümunəsi kimi dəyərləndirir. Bəzi ekspertlər isə bu müharibəni tarixdə dronla qazanılmış ilk savaş adlandırırlar.

Ukrayna müharibəsi isə dronların təsirini daha yüksək səviyyəyə qaldırdı. Faktiki olaraq, mülki həyatda istifadə edilən kiçik dronlardan silah düzəldilib istifadə olunması, müharibədə tankların rolunu tam ləğv etməsə də, xeyli azaldıb. İndi tanklardan daha çox top səviyyəsində istifadə edilir və çalışırlar ki, dronların zərbəsi altına düşməsinlər".

Ekspertin sözlərinə görə, 2023-cü ilin sonu və 2024-cü ilin əvvəlindən etibarən Ukrayna dronlardan quru qoşunlarına və piyadalara qarşı da istifadə etməyə başlayıb:

"Bu, faktiki olaraq kiçik qrupların ləğv edilməsi və irəliləmənin qarşısının alınması kimi məqsədlərə xidmət edir. Beləliklə, dronların keyfiyyəti, taktiki və strateji əhəmiyyəti ildən-ilə artmağa başladı.

Bu o demək deyil ki, Rusiya dronlardan istifadə etmir. Lakin biz görürük ki, Rusiya dronları daha çox mülki əhaliyə qarşı istifadə edir. İranda istehsal olunmuş "Şahid" dronlarından mülki əhaliyə qarşı geniş şəkildə istifadə edilir. Sözsüz ki, Ukrayna da buna qarşı çıxış yolları axtarır və bu antidron tədbirləri ilk növbədə Ukraynanın hava məkanını və mülki şəhərləri qorumaq, vurulan zərbələri zərərsizləşdirmək məqsədi güdür.

6 milyard dollar ilk baxışdan bu, böyük rəqəm kimi görünə bilər. Ancaq reallıq onu göstərir ki, bu, çox güman ki, ilkin investisiyadır. Çünki ABŞ kimi tərəfdaşlar Ukraynanın dron istehsalını dəstəkləmək üçün milyardlarla dollarlıq yardım paketləri ayırır".

Ekspertin fikrincə, sonralar bu investisiyalar və maliyyə əlavələri get-gedə çoxalacaq.

"Başa düşməliyik ki, istər dron, istərsə də dron əleyhinə avadanlıq çox tez məhv olunur. Bəzən "kamikadze" dronlar bir dəfə istifadə olunur, partlayır və ləğv edilir. Ona görə də bu, daimi bir proses olmalıdır. Bu proqram ilk növbədə Ukrayna üçün çox vacibdir. Proqram genişləndirilsə, ilk və ən vacib nəticə o olacaq ki, Ukrayna canlı qüvvənin əvəzinə robot-texnikadan istifadə edəcək. Faktiki dron bir uçan robotdur. Ukrayna artıq dəniz robotlarından (dəniz dronları) da Qara dənizdə istifadə edir. Hətta bəzi kadrlarda zirehli texnika kimi kiçik, pilotsuz maşınlardan da istifadə olunduğu görünür.

Dronlar gələcəyin müharibəsinin əsas silahına çevrilə bilər və çox güman ki, çevriləcək. Ukrayna da çox vaxtında, bəlkə də bir az gec, bu proqrama başlayıb. Onlar dronları çoxdan buraxırlar, amma bir dövlət proqramı kimi çox vacib məqamda istifadə etməyə başlayıb", - deyə Azad İsazadə qeyd etdi.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 İyul 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri