Ukrayna müharibəsi ancaq bu halda həll olunacaq Medvedev
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynadakı müharibənin başa çatdırılması ilə bağlı Moskvanın mövqeyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Medvedev bu barədə “Vedomosti” qəzetinə müsahibəsində bildirib. O qeyd edib ki, münaqişə Rusiyanın şərtləri və onun qələbəsi ilə başa çatmalıdır. Onun sözlərinə görə, əks halda Rusiyanın rəqibləri qarşıdurmanı gələcəkdə yenidən alovlandırmağa çalışa bilərlər.
Rusiya rəsmisi ölkəsinin düşmənlərinin müxtəlif imkanlardan istifadə edərək Rusiyanı zəiflətməyə və dövlətin əsaslarını sarsıtmağa cəhd göstərəcəklərini iddia edib. O bildirib ki, əvvəllər “qorxulu ssenari” kimi görünən belə bir təhlükə hazırda real ola bilər.
“Bizim vəzifəmiz mövcud münaqişəyə qələbəmizlə və şərtlərimizlə son qoymaqdır”, – deyə Medvedev vurğulayıb.
Onun sözlərinə görə, müasir hibrid münaqişələrin əsas məqsədlərindən biri dövlətin daxilində sabitliyi pozmaq və onun təməllərini zəiflətməkdir./Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 10 Sentyabr 2026 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















