Icma.az
close
up
RU
Ukrayna müharibəsi bitmir: daha dəhşətlisi başlayır Hədəf bu ölkədir

Ukrayna müharibəsi bitmir: daha dəhşətlisi başlayır Hədəf bu ölkədir

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ lideri Donald Tramp arasında tezliklə görüş keçiriləcəyi bildirilir. Qeyd edilir ki, görüş Ukrayna müharibəsinin dayandırılması üzrə ABŞ-la birgə hazırlanan sülh planının yekunlaşdırılması üçün təşkil olunacaq.

Bu görüş nə ilə nəticələnə bilər? 

Globalinfo.az-a danışan Azərbaycan Ümid Partiyası İdarə Heyətinin üzvü, politoloq Bakir Həsənbəyli deyib ki, Rusiya–Ukrayna müharibəsi II Dünya müharibəsindən sonra təchizat zəncirini qıran yeganə münaqişədir:

“Bu müharibənin BMT-nin 2024-cü il hesabatında göstərdiyi 180 coğrafiyadakı münaqişələrdən fərqli cəhəti də məhz budur. Rusiya–Ukrayna münaqişəsi kontekstində yeni dünya düzəninin formalaşmasını tətikləyən kifayət qədər səbəblər var. Əvvəla, neoimperialist zehniyyətin əsirinə çevrilmiş Putin Rusiyası bu münaqişə əsasında yaranmış labirintə salınmaqla hərbi-iqtisadi sferada zəiflədilir. Siyasi müstəvidə çəki itirir. Artıq beynəlxalq birliklərdə Rusiya faktoru yoxdur. Bu ölkənin “məğlubedilməz ordusu var” mifi dağılıb. Resurslarına rəğmən, itirdiklərini toparlamaq kifayət qədər zaman alacaq. Lakin münaqişə bitdikdən sonra tam toparlamaq imkanlarının olması da sual altındadır. Avropa və Qərb bu faktorlarla bağlı ciddi bilgiyə sahibdirlər”.

Politoloq qeyd edir ki, nə qədər qəribə olsa da, Rusiya–Ukrayna münaqişəsi üçün təklif olunan “Tramp sülh planı” münaqişənin bitməsi üçün nəzərdə tutulmayıb:

“Çünki Rusiya ilə bağlı proyektdə hələ ki tam yekun mərhələ deyil. Çin Rusiyanın zəiflədilməsi üçün nəzərdə tutulan Avropa və Qərb layihəsinin pozulması üçün illərdir iradə ortaya qoyur. Bu ölkə fərqindədir ki, Rusiya layihəsinin Qərb və Avropa üçün uğurlu sonluğu nəticə etibarı ilə Çin üzərində də sınanacaq. Çin onillərlə formalaşdırmağı bacardığı iqtisadi imperiyasının təhlükə altına düşməməsi üçün Rusiyanın ayaqda qalmasına çalışır. Bu, dosta yardım deyil, özünüqoruma instinktidir”.

Bakir Həsənbəyli

Politoloq qeyd edib ki, Tramp və onun komandası hazırladıqları “sülh planı”nın istər Zelenski, istərsə də Avropa İttifaqı tərəfindən etirazla qarşılanacağını bilirdi:

“ABŞ administrasiyasına bu planın Rusiyada hazırlanması informasiyasının dövriyyəyə buraxılması lazım idi. Çünki Rusiyanın neoimperialist siyasəti beynəlxalq ictimaiyyətdə aqressiyaya səbəb olub. Rusiyanın hazırladığı hər hansı bir sənədin etirazla qarşılanması bu situasiyada normaldır. Əslində məsələyə münasibət bildirərkən qeyd etmək yerinə düşər ki, plan nəzərdə tutulan formatda davam edir.

Düzdür, münaqişənin sonluğu ilə bağlı bu günün prizmasında münasibət bildirsək, Ukrayna–Rusiya münaqişəsinin yeganə qazananı bütün mərhələlərdə ABŞ olacaq. Bəs münaqişə nə vaxt başa çatacaq? 2008-ci ilə qədərki Rusiyanı göz önünə gətirsək — vuruşan deyil, danışan; diktə edən deyil, müzakirəyə açıq olan; idarə edən deyil, idarə oluna bilən Rusiya obrazı yaranana qədər. Bunun tarixdə nümunələri var. Bu gün Ukrayna müharibəsinin əsas səbəblərindən birinin NATO-nun genişlənməsi olduğunu deyən Putin, 2008-ci ilə qədər Rusiyanın NATO-ya daxil olmasında problem görmürdü. Qərb Putinin fonunda həmin obrazı yenidən yaratmaq istəyir.

O baxımdan münaqişə tərəflərinin, sülh formatı və masası təklif edənlərin görüşləri şərti xarakter daşıyır. Məqsəd yeni düzəndə payçıların sayını azaltmaqdır. Rusiya artıq bu tələyə düşüb. Nə qədər acı olsa da, qeyd etməliyik ki, bu prosesdə Ukrayna laboratoriya kolbasıdır”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Noyabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see162

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri