Ukrayna müharibəsində Azərbaycan SSENARİSİ Kuleba AÇIQLADI
Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukraynada müharibənin iki mümkün ssenarisi var: Finlandiya və ya Azərbaycan-Ermənistan.
Hurriyyet.az xəbər verir ki, bunu keçmiş xarici işlər naziri Dmitri Kuleba “Obozrevatel” nəşrinə müsahibəsində deyib.
Kulebanın sözlərinə görə, birinci ssenarini “şərti olaraq fin ssenarisi” adlandırmaq olar.
Bu o deməkdir ki, ölkə məğlubiyyətdən sonra mövcud sərhədlərini qəbul edir. Sabiq nazir bunun Finlandiyanın SSRİ ilə qarşıdurmasından sonra baş verdiyini xatırladıb, lakin Ukrayna üçün belə nəticənin tərəfdarı olmadığını qeyd edib.
"İkinci ssenari o olardı ki, biz şərti Azərbaycan-Ermənistan alqoritminə əməl edək: biz bu əraziləri geri almağa və ya diplomatik yolla qaytarmağa hazırlaşacağıq. Biz bu onilliyi keçirəcəyik və bu əraziləri geri qaytara biləcəyimiz anı gözləyəcəyik", - Kuleba bildirib.
Kuleba həmçinin vurğulayıb ki, Ukrayna “göründüyündən qat-qat güclüdür” və qeyri-mümkün kimi görünən şeylərə nail olmağın mümkünlüyünü sübut etməyə qadirdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 01 Oktyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















