Icma.az
close
up
RU
Ukrayna nəşrində Ulu Öndər Heydər Əliyevdən bəhs edən məqalə dərc olunub

Ukrayna nəşrində Ulu Öndər Heydər Əliyevdən bəhs edən məqalə dərc olunub

Icma.az bildirir, Azertag portalına istinadən.

Kiyev, 6 may, AZƏRTAC

Ukraynanın “Kiyev diplomatik” nəşrində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalənin müəllifləri həmvətənimiz - hüquq elmləri doktoru, professor, diplomat, Ukrayna Elmlər Akademiyasının akademiki Arif Quliyev və sosial kommunikasiyalar üzrə fəlsəfə doktoru Veronika Çerkalyukdur.

Məqalədə qeyd olunur ki, 1990-cı illərin mürəkkəb və böhranlı dönəmində Azərbaycanı dağılmaqdan xilas etmiş, müasir milli kimlik konsepsiyasını irəli sürmüş və çoxetnik mühitdə sabit dövlətin əsaslarını yaratmış Ümummilli Lider Heydər Əliyevin şəxsiyyəti xüsusi diqqətə layiqdir.

“Postsovet dövrünün başlanğıcında Azərbaycan Respublikası dərin siyasi xaos, iqtisadi dağılma və ərazi bütövlüyünün itirilməsi təhlükəsi ilə üz-üzə qaldı. Bu kritik məqamda xalq və siyasi elita nəzərlərini böyük idarəçilik təcrübəsinə malik, həm ölkə daxilində, həm də beynəlxalq arenada yüksək nüfuza sahib bir şəxsiyyətə - Heydər Əliyevə yönəltdi. Onun 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycanın yeni tarixi mərhələsinin başlanğıcı oldu: Heydər Əliyev yalnız daxili sabitliyi təmin etmədi, eyni zamanda, gələcəyin konseptual əsaslarını formalaşdıraraq “Azərbaycançılıq” ideyası üzərində qurulan milli ideoloji platformanı irəli sürdü”, - deyə məqalədə müəlliflər vurğulayırlar.

Məqalədə, həmçinin yazılır ki, Ulu Öndər Heydər Əliyev dərhal sabitləşdirmə tədbirlərinə başladı: münaqişəli bölgələrin demilitarizasiyası, dövlət idarəçiliyinin vertikal strukturunun bərpası, milli ordunun formalaşdırılması, xarici siyasətin regional güc mərkəzləri arasında balans əsasında yenidən qurulması həyata keçirildi. Nəticədə milli suverenlik prinsipi 1995-ci il Konstitusiyasında hüquqi baxımdan rəsmiləşdirildi.

Müəlliflər qeyd edirlər ki, Heydər Əliyevin dövlət rəhbərliyi təcrübəsi təkcə Azərbaycanın tarixi kontekstində deyil, həm də postsovet məkanında, xüsusən də Ukraynada baş verən dövlət quruculuğu proseslərinin müqayisəli təhlili üçün qiymətli materialdır. XXI əsrdə bir çox dövlətlər siyasi parçalanma, xarici müdaxilə, kimlik böhranı və effektiv institutların formalaşması ilə bağlı çətinliklərlə üzləşdikcə, Heydər Əliyevin timsalında təcəssüm olunan liderlik modeli xüsusi diqqətə layiqdir.

“Bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı Ulu Öndərin göstərdiyi yolla Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayır. Ulu Öndər Heydər Əliyevin vəsiyyəti yerinə yetirilib, onilliklər boyu davam etmiş haqsızlığa, ədalətsizliyə, hüquqsuzluğa son qoyularaq, ikili standartlar zərərsizləşdirilərək bütün Türk dünyasında qürur hissi ilə qarşılanır.

Otuz il ərzində təmin olunmayan suverenliyimiz və ərazi bütövlüyümüz Müzəffər Ali Baş Komandanın və Azərbaycan xalqının birliyi sayəsində bərpa edildi. BMT Təhlükəsizlik Şurasının 30 il ərzində icra olunmayan 4 qətnaməsi yerinə yetirildi və “Qarabağ Azərbaycandır” ifadəsi işğaldan azad edilən bütün torpaqlarımızda təsdiq olundu, şanlı bayrağımız Qarabağ səmasında dalğalandı. 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunması isə dövlətçilik tariximizdə əldə edilən bu mühüm nailiyyətlərin və milli dəyərlərin bir daha təsdiqi kimi dəyərləndirilir”, - deyə məqalədə vurğulanır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri