Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Silahlı Qüvvələrinin (VSU) Belqorodda həyata keçirdiyi kütləvi hücum nəticəsində xəsarət alanların sayı 14-ə çatıb.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiyanın Belqorod vilayətinin qubernatoru Aleksandr Şuvayev "Telegram" kanalında məlumat yayıb.
Onun sözlərinə görə, yaralılardan səkkizi şəhər xəstəxanalarında müalicə olunur: "Həkimlər onlara lazımi tibbi yardım göstərirlər. Daha altı nəfər ambulator müalicə almağa davam edəcək".
Qubernator həmçinin bir mülki şəxsin ölməsi ilə bağlı yayılan xəbərlərin doğruluğunu təsdiqləyib. Şuvayev onun ailəsinə və yaxınlarına başsağlığı verib.
Məmur onu da əlavə edib ki, hücum nəticəsində 30 çoxmənzilli bina, 35 avtomobil, dörd fərdi ev, üç inzibati bina, səkkiz kommersiya obyekti və üç sosial obyektə ciddi ziyan dəyib.
Xatırladaq ki, 25 oktyabr gecəsi Ukrayna Silahlı Qüvvələri Belqoroda kütləvi hücumlar ediblər. Hücumlarda dronlardan istifadə edilib. Hücumdan sonra bir nəfərin ölməsi, on nəfərin yaralanması barədə xəbərlər yayılmışdı./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 25 Oktyabr 2026 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















