Ukrayna ordusu Rusiyanın 100 dronunu vurdu, 86 PUA itdi Genişmiqyaslı hücuma ŞOK CAVAB
Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ötən gecə Rusiya ordusu Ukraynaya genişmiqyaslı hava hücumu həyata keçirib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna silahlı qüvvələri məlumat yayıb.
Məlumata əsasən, hücumun əsas hədəfi ölkənin qaz hasilatı sənayesi obyektləri olub.
Rusiya ordusu Ukraynaya ümumilikdə 194 Shahed tipli və digər modellərdə PUA-lar, eləcə də müxtəlif raketlər buraxıb:
• 35 ədəd X-101/X-55sm qanadlı raketi
• 8 ədəd Kalibr qanadlı raketi
• 3 ədəd İskəndər-M/KN-23 ballistik raketi
• 4 ədəd S-300 zenit raketi
• 8 ədəd X-59/69 idarə olunan aviasiya raketi
Ukrayna hava hücumundan müdafiə qüvvələri aşağıdakı hədəfləri məhv edib:
• 25 ədəd X-101/X-55sm qanadlı raketi
• 8 ədəd Kalibr qanadlı raketi
• 1 ədəd X-59/69 idarə olunan aviasiya raketi
• 100 ədəd Shahed tipli dron və digər PUA-lar
Bundan əlavə, Ukrayna ordusunun məlumatına görə, 10-a yaxın raket hədəfə çata bilməyib və statistika siyahısına daxil edilməyib. 86 pilotsuz uçuş aparatı isə radar izləmə sistemindən itib.
Bu, son dövrlərdə Ukraynanın hava hücumundan müdafiə qüvvələrinin qarşısını aldığı ən irimiqyaslı hücumlardan biri hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 07 Mart 2025 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















