Ukrayna ordusu Rusiyanın Belqorod vilayətində möhkəmlənir... İsrail mediası
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətində əməliyyat keçirərək Demidovka kəndinin kənarında möhkəmlənib.
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Ancaq Ukrayna hakimiyyəti rəsmi olaraq Rusiya mətbuatında yayılan xəbərləri şərh etmir.
Bundan əlavə, martın 18-də Ukrayna Hərbi Hava Qüvvələri bu ərazidə Rusiya silahlı qüvvələrinin 20-ci ordusunun 3-cü motoatıcı diviziyasının bölmələrindən birinin komanda məntəqəsinə dəqiq zərbə endirib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, komanda məntəqəsi tamamilə məhv edilib.
Baş Qərargah həmçinin vurğulayıb ki, bu obyekt Rusiya qoşunları tərəfindən Ukraynaya qarşı, xüsusən də Sumı vilayətində Müdafiə Qüvvələrinin bölmələrinə qarşı hərbi əməliyyatların təşkili üçün istifadə edilib.
Bundan əvvəl "BBC" Rusiya resurslarına istinadən Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətində işğalçıların mövqelərinə qurudan hücumları barədə məlumat yayıb. Ukrayna bölmələri bölgənin şimal-qərbində, Kursk vilayətinin yanında yerləşən Krasnoyarujsk rayonunda Rusiya müdafiəsini yarmağa çalışır.
Bundan əvvəl Ukrayna qoşunları 2024-cü ilin avqustundan tutduqları Kursk vilayətinin Suca rayonunun əksər hissəsini tərk ediblər. Bununla belə, Ukrayna Silahlı Qüvvələri Quyevo kəndi ərazisində və Sumı, Yunakovka və Sucanı birləşdirən "P200" şosesi boyunca Rusiya ərazisinin bir sıra sərhədyanı ərazilərinə nəzarəti davam etdirir.
S.Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 21 Mart 2025 06:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















