Ukrayna ordusunun təlim mərkəzi vurulub
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına məxsus təlim mərkəzlərindən birinə “Şahed” tipli kamikadze dronlarla hücum edib.
Ukrayna Quru Qoşunlarının yaydığı rəsmi məlumata görə, tətbiq olunan təhlükəsizlik tədbirləri və şəxsi heyətin yüksək hazırlıq səviyyəsi sayəsində genişmiqyaslı itkilərin qarşısı alınıb.
Hadisə nəticəsində yalnız bir hərbçi yaralanıb və dərhal müalicə müəssisəsinə yerləşdirilib.
Komandanlıq bütün hərbi qulluqçuları hava həyəcanı zamanı davranış qaydalarına ciddi əməl etməyə, təhlükəsizlik tədbirlərini laqeyd yanaşmamağa və təlimatlara tam şəkildə riayət etməyə çağırıb.
"AzPolitika.info"
Baxış sayı:63
Bu xəbər 24 İyun 2025 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















