Ukrayna: Pilotsuz təyyarə zərbələri Putinə mesajdır
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Moskvaya pilotsuz təyyarə hücumları ilə bağlı açıqlama verib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Kovalenko sosial media hesabından paylaşdığı videomesajında Ukrayna və ABŞ rəsmilərinin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində görüşdüyünü xatırladıb.
Digər tərəfdən, bu gecə Rusiyanın paytaxtı Moskva və ətrafına ən sıx PUA hücumlarının edildiyini ifadə edən Kovalenko, bunun Rusiya prezidenti Putinə hava məkanında atəşkəslə bağlı "mesaj" olduğunu bildirib.
"Bu, Putinə əlavə siqnaldır ki, o, həm də havada atəşkəsdə maraqlı olmalıdır. Təkcə neft emalı zavodları deyil (neft emalı zavodlarına), həmçinin pilotsuz təyyarələr də Moskva üzərində daim kütləvi şəkildə uça bilər", - Kovalenko bildirib.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 11 Mart 2025 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















