Ukrayna Polşa ilə vahid dövlət yaratmaq istəyib Kaçinski
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
"Müharibənin əvvəlində Ukrayna münaqişəni genişləndirmək və NATO üzvlüyünü qazanmaq üçün Polşa ilə vahid dövlət yaratmaq istəyib".
Redaktor.az xəbər verir ki, bunu Müxalifətdəki Hüquq və Ədalət (PiS) partiyasının lideri Yaroslav Kaçinski "Rzeczpospolita" qəzetinə verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, Kiyev bəzən Varşavadan "razılaşa bilməyəcəyi" şeylər gözləyirdi. Siyasətçi əlavə edib ki, buraya Polşanı "hətta vahid dövlət yaratmaqla belə" münaqişəyə cəlb etmək kimi "qəribə bir konsepsiya" da daxil idi.
"Ukrayna Prezidenti Volodimir Zelenskinin Seymdəki çıxışı məhz bu istiqamətdə idi. Bundan əlavə, onlar NATO-ya qoşulmağı da müzakirə etdilər. Görünür, onlar bu cür məqsədlərə nail ola biləcəyinə inanırdılar, amma mən o qədər də əmin deyiləm", - Kaçinski deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 21 Sentyabr 2026 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















