Icma.az
close
up
RU
Polşa Ukrayna ilə dialoqu dayandırmağa çağırır

Polşa Ukrayna ilə dialoqu dayandırmağa çağırır

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Polşanın “Wołyń Pamiętamy” fondu respublika hakimiyyətindən Volın qırğını qurbanlarının qalıqlarının eksqumasiyası ilə bağlı Kiyevlə dialoqu dayandırmağı tələb edib.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, fond Volında öldürülən polyakların yenidən dəfn edilməsinə başlamaq icazəsi müqabilində Polşa torpaqlarında ukraynalı millətçilərin anım mərasiminin bərpası variantını qəbuledilməz adlandırıb.

Fonddan verilən məlumata görə, Polşanın öz şərtləri ilə ukraynalı millətçilər tərəfindən öldürülən həmvətənlərinin yenidən dəfn edilməsi hüququ var:

"Biz Ukrayna tərəfi ilə danışıqların dayandırılmasını tələb edirik, çünki biz Ukrayna şərtləri ilə polşalı qurbanların eksqumasiyasına razı deyilik".

Qeyd edək ki, Ukrayna Millətçiləri Təşkilatı İkinci Dünya Müharibəsi illərində Alman kəşfiyyat orqanları ilə əməkdaşlıq edərək Sovet hakimiyyətinə qarşı mübarizəyə başladı. 1943-cü ilin fevralından Ukrayna millətçiləri Volın şəhərinin Polşa əhalisini məhv etmək üçün aksiyaya başladılar. Cəza əməliyyatları 1943-cü il iyulun 11-də OUN-UPA dəstələrinin 100-ə yaxın Polşa yaşayış məntəqəsinə hücumu zamanı kulminasiya nöqtəsinə çatdı. 100 minə yaxın insan, əsasən də qadınlar, uşaqlar və qocalar qurban oldu. 2016-cı il iyulun 22-də Polşa OUN-UPA-nın 1943-1944-cü illərdə Volında polyaklara qarşı törətdiyi cinayətlərin soyqırım adlandırılması barədə qərar qəbul edib. Polşa parlamenti iyulun 11-ni OUN-UPA-nın törətdiyi soyqırım qurbanları olan polyakların milli anım günü elan edib. 

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Dekabr 2024 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri