Icma.az
close
up
RU
Ukrayna Rostovda strateji əhəmiyyətli dəmir yolu körpüsünü də vurdu... “Yandeks“i də çökdürdü...

Ukrayna Rostovda strateji əhəmiyyətli dəmir yolu körpüsünü də vurdu... “Yandeks“i də çökdürdü...

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Rostovda strateji əhəmiyyətli dəmir yolu körpüsü və neft terminalı hücuma məruz qaldı – Ukrayna və Rusiya mənbələri

Rusiyanın Rostov-na-Donu şəhərində oktyabrın 10-na keçən gecə baş verən pilotsuz uçuş aparatları (PUA) hücumu nəticəsində dəmir yolu körpüsü zədələnib, neft məhsullarının daşınması ilə məşğul olan terminalda isə yanğın baş verib.

Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın “Ukrainska Pravda” nəşri, “Kyiv Independent” və Rusiyanın müstəqil “ASTRA” nəşri məlumat yayıb. Rostov vilayətinin qubernatoru Yuri Slyusar da hücum nəticəsində dəmir yolu infrastrukturuna və yaşayış binalarına ziyan dəydiyini təsdiqləyib.

Neft terminalında güclü yanğın...

“Ukrainska Pravda”nın məlumatına görə, hücum zamanı Rostov-na-Donudakı Novoşaxtinsk Neft Məhsulları Zavodu ilə əlaqəli neft terminalında yanğın başlayıb(Dünən- 10 oktyabr tarixində Moderator.az bu haqda yazıb: ). “Kyiv Independent” isə yerli sakinlərin çəkdiyi görüntülərin təhlilinə istinadla yanğının “Yuq Rusi” şirkətlər qrupuna aid neft yükləmə terminalında baş verdiyini yazıb.

Nəşrin qeyd etdiyinə görə, terminal neft məhsullarının ixrac üçün daşınmasında, o cümlədən Novoşaxtinsk neft emalı zavodundan gələn məhsulların nəqlində iştirak edir.

Ukrayna mediası və hərbi mənbələr bu cür enerji infrastrukturuna zərbələrin Rusiyanın yanacaq təminatına və enerji gəlirlərinə təsir göstərmək məqsədi daşıdığını vurğulayır. Bununla belə, son hücumun konkret olaraq hansı obyektə nə dərəcədə ziyan vurduğu barədə bütün təfərrüatlar müstəqil şəkildə təsdiqlənməyib.

Dəmir yolu körpüsünün zədələnməsi qatarların hərəkətinə təsir göstərib...

Rostov vilayətinin qubernatoru Yuri Slyusar hücum nəticəsində Rostov-na-Donu ilə Bataysk arasındakı dəmir yolu sahəsində yerləşən körpünün zədələndiyini bildirib. Rusiya Dəmir Yollarının Şimali Qafqaz dəmir yolu bölməsinin məlumatına görə, körpünün zədələnməsi səbəbindən 16 qatar gecikib.

Rusiya tərəfinin açıqlamasına əsasən, körpüdə hərəkət müvəqqəti dayandırıldıqdan sonra bərpa olunub. Bu infrastrukturun zədələnməsi bölgədə sərnişin və yük daşımalarına təsir göstərib.

ABŞ-da yerləşən Müharibə Araşdırmaları İnstitutunun (ISW) oktyabrın 10-na dair hesabatında da Rostov vilayətində neft və dəmir yolu infrastrukturuna qarşı PUA zərbələrindən bəhs edilir. Hesabatda dəmir yolu körpüsünün zədələnməsinin Rusiyanın cənub istiqamətindəki nəqliyyat əlaqələrinə təsiri qeyd olunur.

6 nəfərin xəsarət aldığı bildirilir

Rostov vilayətinin qubernatoru Yuri Slyusarın məlumatına görə, hücum nəticəsində altı nəfər tibbi yardıma müraciət edib. Onlardan ikisinin orta ağır vəziyyətdə xəstəxanada qaldığı bildirilib.

Rostov-na-Donuda bir neçə çoxmənzilli və fərdi yaşayış evinə ziyan dəyib. Bataysk şəhərində isə PUA-nın yaşayış kompleksindəki boş binaya düşdüyü və yanğın baş verdiyi açıqlanıb.

Bundan başqa, Azov şəhərində 2 gəminin zədələndiyi bildirilib. İlkin məlumatlara əsasən, gəmilərdə ölən və yaralanan olmayıb.

Rusiya Müdafiə Nazirliyi oktyabrın 9-dan 10-na keçən gecə ölkənin müxtəlif regionları üzərində yüzlərlə Ukrayna PUA-sının vurulduğunu açıqlayıb. Rostov vilayətinin rəhbərliyi isə bölgə üzərində 100-dən çox pilotsuz aparatın məhv edildiyini və ya zərərsizləşdirildiyini bildirib.

Qeyd edək ki, Ukrayna tərəfinin son hücumla bağlı bütün təfərrüatları əhatə edən rəsmi açıqlaması barədə məlumat yoxdur. Hücumun nəticələri ilə bağlı yayılan bəzi görüntülər və obyektlərin zədələnmə miqyası da müstəqil şəkildə tam təsdiqlənməyib.

"Yandeks"də çökdü...

Bundan əlavə, Ukraynanın "Fokus" nəşrinin məlumatına görə, Rusiyanın Vladimir vilayətində “Yandeks” şirkətinə məxsus məlumat mərkəzi PUA hücumu nəticəsində zədələnib və fəaliyyətini tam dayandırıb. Nəşr "Yandex Cloud Alert" monitorinq xidmətinin məlumatına istinadla bildirir ki, hadisədən sonra şirkətin onlarla bulud xidməti və digər rəqəmsal platformalarında genişmiqyaslı nasazlıq yaranıb. İşində problem qeydə alınan xidmətlər arasında “Yandeks”in səsli köməkçisi “Alisa”, “Yandeks Musiqi”, “Yandeks Telemost”, eləcə də bulud infrastrukturunun 80-dən çox komponenti yer alıb. Nasazlıqlar Rusiyanın bir sıra regionlarında, həmçinin Serbiyada qeydə alınıb.

"Fokus" xatırladır ki, bundan əvvəl Ryazan vilayətinin Sasovo şəhərində və Kaluqa vilayətində yerləşən digər iki “Yandeks” məlumat mərkəzinin də PUA hücumları nəticəsində zədələndiyi bildirilmişdi. Şirkət zədələnmiş obyektlərdə avadanlıqların bərpası üçün dəqiq vaxt açıqlamayıb

S.Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Oktyabr 2026 08:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri