Ukrayna Rusiyadakı “MiQ” zavoduna və raket istehsalı müəssisəsinə zərbələr endirib
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna Silahlı Qüvvələrinin bölmələri Moskva vilayətindəki Voronin Luxovitski adına aviasiya zavoduna zərbələr endirib.
“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Baş Qərargahın məlumatına görə, müəssisə “MiQ-29” və “MiQ-31” tipli qırıcılar istehsal edir.
“Bu müəssisə Rusiya ordusu üçün hissələrin mexaniki emalından tutmuş son yığılma, uçuş sınaqları və Rusiyanın “MiQ” döyüş təyyarələrinin təhvil verilməsinə qədər bütün iş kompleksini həyata keçirir. Zavodun ərazisində partlayışlar və yanğın qeydə alınıb”, - qurumdan bildirilib.
Həmçinin Ukrayna SQ-nin Xüsusi Əməliyyat Qüvvələri və Ukrayna Təhlükəsizlik Xidmətinin bölmələri Müdafiə Qüvvələrinin digər komponentləri ilə əməkdaşlıq şəklində akademik Şipunov adına Cihazqayırma Konstruktor Bürosuna zərbələr endiriblər.
Bundan əlavə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən bildirilib ki, iyulun 10-da Rusiyanın Tümen vilayətinin Xantı-Mansiysk Muxtar Dairəsində yerləşən Lanqepas şəhərində qaz kəməri partladılıb. Çelyabinsk, Orenburq və Sverdlovsk vilayətlərində Rusiyanın hərbi-sənaye kompleksi müəssisələrinə xidmət edən iri magistral qaz kəmərinin bir hissəsi məhv edilib.
Partladılmış qaz kəmərinin buraxıcılıq gücü ildə 2,6 milyard kubmetr qaz təşkil edir. “Qaz kompressor stansiyaları arasındakı məsafəni (təxminən 20 kilometr) nəzərə alsaq, partlayışlar nəticəsində zədələnmiş iki boruda təxminən 4 milyon 112 min m3 qaz olub”, - Ukrayna Baş Kəşfiyyat İdarəsindən vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 11 İyul 2025 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















