Icma.az
close
up
RU
Ukrayna Rusiyanın hərbi sənaye kompleksinin strateji obyektlərinə zərbələr endirib

Ukrayna Rusiyanın hərbi sənaye kompleksinin strateji obyektlərinə zərbələr endirib

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın hərbi-sənaye kompleksinə aid strateji obyektlərə növbəti uğurlu zərbələr endirib.

APA xəbər verir ki, bu haqda Ukrayna ordusunun Baş qərargahı məlumat yayıb.

Ukrayna Müdafiə Qüvvələrinin bölmələri oktyabrın 29-na keçən gecə Rusiya ordusunu yanacaqla təmin edən iki neft emalı zavodunu hədəfə alıb. Zərbələr nəticəsində müəssisə ərazilərində partlayışlar və yanğınlar qeydə alınıb.

Məlumata görə, Ulyanovsk vilayətinin Novospasskoye qəsəbəsində yerləşən “Novospasskiy” Neft Emalı Zavodu məhv edilib. Zavod “Prominvest” holdinqinə daxildir və ildə təxminən 600 min ton neft emal gücünə malikdir ki, bu da Rusiyanın ümumi emalının 0,2%-ini təşkil edir. Müəssisə benzin, dizel yanacağı və mazut istehsal edir, daxili bazarı və ixracı təmin edirdi.

Eyni zamanda, Mariy El Respublikasının Tabashino qəsəbəsində yerləşən Mariyskiy Neft Emalı Zavodu da zərbələrə məruz qalıb. Zavodun ərazisində partlayışlar və güclü yanğın baş verib. Müəssisənin illik emal gücü 1,3 milyon ton olub (Rusiyanın ümumi emalının 0,5%-i).

Bundan əlavə, Stavropol diyarının Budyonnovsk şəhərindəki Budyonnovski Qaz Emalı Zavodu da bu gecə Ukrayna dronlarının hədəfi olub. Zavodun GPU-1 istehsal qurğusuna birbaşa zərbə endirildiyi bildirilib. Müəssisənin illik emal gücü 2,2 milyard kubmetr qaz təşkil edir və bölgədəki bir sıra sənaye müəssisələrini qazla təmin edirdi.

Bildirilir ki, bu obyektlərin sıradan çıxarılması Rusiyanın hərbi əməliyyatlar aparmaq imkanlarını əhəmiyyətli dərəcədə zəiflədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 Oktyabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri