Ukrayna Rusiyaya dron hücumlarını dayandırmağa hazırdır Şərti var
Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna tərəfdaşlarına kritik infrastrukturun dağıdılmasının qarşısını alacaq Rusiya ilə razılaşma əldə etməyi təklif edib.
Hurriyyet.media xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Dövlət başçısının sözlərinə görə, qida, enerji və həyatı təmin edən digər əsas elementlər qorunmalıdır, çünki "Rusiyanın zərbələri ilk növbədə onlara yönəlib". O qeyd edib ki, Ukraynanın enerji obyektləri, liman infrastrukturu, logistika, qida və əczaçılıq anbarları hər gün hədəfə alınır.
"Ukrayna Rusiyanın hər hansı bir razılaşmaya əməl etmək niyyətində olduğundan əmin deyil", - deyə Zelenski Ukraynanın bu məsələ ilə bağlı mövqeyini açıqlayarkən bildirib.
O deyib ki, əgər Rusiya enerji obyektlərinə, kritik infrastrukturuna, qida təchizatına zərbə endirməməyə hazırdırsa, onda biz mütləq zərbələrimizi dayandırmağa hazırıq.
Zelenski vurğulayıb ki, bu, etibarlı, uzunmüddətli olmalı və insanların həyatına əhəmiyyətli dərəcədə təsir göstərməlidir.
O qeyd edib ki, müharibə bitməlidir: “Kritik infrastrukturda gərginliyin azalması sülhə doğru ilk addım ola bilər”.
14 sentyabrda ABŞ prezidenti Donald Tramp Ukraynanın guya Rusiyanın enerji obyektlərinə zərbə endirməməyə razılıq verdiyini bildirib. Onun sözlərinə görə, Rusiya da eyni şeyi etməyə razılıq verib.
Tramp həmçinin bildirib ki, dünya dizel qiymətlərinin artmasına guya ABŞ-İran müharibəsi deyil, əsasən Rusiya ilə Ukrayna arasındakı müharibə səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 15 Sentyabr 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















