Ukrayna Rusiyaya məxsus Mi 8 helikopterini dronla vurub
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukraynanın 3-cü əlahiddə hücum briqadasının hərbçiləri Luqansk vilayətində Rusiyaya məxsus Mi-8 hərbi helikopterini dronla vurublar.
Bu barədə Ukraynanın 3-cü Ordu Korpusu məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı 3-cü hücum briqadasının pilotsuz sistemlər batalyonunun zərbə PUA-ları bölüyünün operatorları Rusiyaya məxsus Mi-8 helikopterini yerdə aşkarlayaraq vurublar.
Məlumata görə, helikopter tamamilə yanaraq sıradan çıxıb.
Rusiya ordusu Mi-8 helikopterlərindən şəxsi heyətin və yüklərin daşınması, yaralıların təxliyəsi, eləcə də döyüş əməliyyatlarına atəş dəstəyi üçün istifadə edir.
Bu mövzuda digər xəbərlər:Ukrayna kəşfiyyatçıları Krımda Rusiyaya məxsus üç Mi 8 helikopterini məhv edib
21 Sentyabr 2025 12:54
Rusiyaya məxsus Mi 8 helikopteri vurulub...
05 Oktyabr 2025 20:05
Ukrayna hərbçiləri Rusiyanın Mi 28 zərbə helikopterini dronla vurub
14 Oktyabr 2026 14:17
Ukrayna Mi 24 helikopterini itirdi
10 Fevral 2026 00:02
Baxış sayı:70
Bu xəbər 31 Oktyabr 2026 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















