Icma.az
close
up
RU
Ukrayna səfiri: Rusiya qələbənin 80 ci ildönümünü təbliğat məqsədi ilə istifadə edir

Ukrayna səfiri: Rusiya qələbənin 80 ci ildönümünü təbliğat məqsədi ilə istifadə edir

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukrayna on ildən artıqdır 8 may tarixində nasizm üzərində qələbə gününü qeyd edən Avropa ənənəsinə qoşulub. Həmin gün biz həmin dəhşətli, qanlı müharibənin milyonlarla qurbanını ehtiramla anırıq.

APA xəbər verir ki, bu fikirlər Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyevin məqaləsində öz əksini tapıb.

Səfirin sözlərinə görə, bu il 8 may tarixində bütün dünya, o cümlədən Ukrayna nasizm üzərində qələbənin və Avropada İkinci Dünya müharibəsinin başa çatmasının 80-ci ildönümünü qeyd edəcək: “Bu tarix həm Ukrayna, həm də Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Xalqlarımızın ailələri ədalətli sülhün qiymətini dəqiq bilirlər. Ukrayna xalqı milli faciə yaşayıb — 8 milyondan çox insanını itirib -onlardan 5 milyonu mülki vətəndaş, 3 milyonu isə hərbçidir və hitlerçi rejimin məğlubiyyətində əsas və həlledici rol oynayıb”.

Diplomat xatırladıb ki, 1941-ci il iyunun 22-dən etibarən Almaniya və müttəfiqlərinin SSRİ-yə müdaxiləsi ilə Ukrayna ərazisi ağır döyüşlərin meydanına çevrilib: “Təxminən 7 milyon ukraynalı Qızıl Orduya səfərbər olunub, onların yarısı döyüşlərdə həlak olub, sağ qalanların əksəriyyəti isə əlil olub. Ukrayna müharibənin əsas cəbhələrindən birinə çevrilib, cəbhə əvvəl qərbdən şərqə, sonra isə şərqdən qərbə keçərək ölkənin hər bir şəhərini, kəndini və ailəsini sarsıdan dağıntılar və itkilər buraxıb”.

Yuriy Husyev qeyd edir ki, müharibənin əvvəlində Ukrayna xalqının öz müstəqil dövləti yox idi və müxtəlif ölkələr arasında bölünmüşdü: “Nasistlər və kommunistlər insan həyatının dəyərinə məhəl qoymadan, “Ukrayna məsələsi”ni və ukraynalıların müstəqillik arzusunu geosiyasi oyunlarında alət kimi istifadə edir, bu torpaqlara yalnız resurs kimi yanaşırdılar.

Buna baxmayaraq, ukraynalılar nasizm üzərində qələbəyə mühüm töhfə vermiş, Antihitler koalisiyasının bütün cəbhələrində qəhrəmanlıq, cəsarət və fədakarlıq nümayiş etdirmişlər. Altı milyon ukraynalı Qızıl Ordu sıralarında, yüz minlərlə insan partizan hərəkatlarında, o cümlədən Ukrayna Üsyançı Ordusunda, həmçinin Polşa, ABŞ, Kanada və Fransa ordularında vuruşub. Ukraynada demək olar bütün müəssisələr müdafiə sənayesinə yönəldilib, ölkə ərazisi əsas döyüşlərin, müqavimətin və qəhrəmanlığın mərkəzinə çevrilib.

Lakin nasistlərin qovulması Ukraynaya azadlıq gətirmədi. Bunun əvəzində kommunist terroru qayıtdı — “qara xalatlılar”ın qətliamları, krım tatarlarının və digər xalqların Krımdan deportasiyası, 1946–1947-ci illərdə süni aclıq, Polşadan etnik ukraynalıların zorla köçürülməsi, Qərbi Ukraynada yenidən repressiyalar və kütləvi sovetləşdirmə baş verdi.

Ümumilikdə, Ukrayna 8 milyondan çox vətəndaşını və onun ərazisində yaşayan digər xalqların nümayəndələrini itirdi. Müharibədə ümumi dünya itkiləri isə 50 milyondan 85 milyona qədər qiymətləndirilir”.

Səfir diqqətə çatdırıb ki, bu Qələbədə heç bir ölkə yeganə qəhrəmanlıq iddiası edə bilməz, çünki bu, onlarla ölkənin və yüzlərlə xalqın birgə səyləri nəticəsində əldə olunub. Diplomat əlavə edib ki, müharibə xatirəsi qələbə kultuna və ya revanşizmə xidmət etməməlidir: “Müasir Rusiya bu tarixi təhrif edərək, özünü “baş qəhrəman” kimi təqdim edir. Halbuki bu yaddaş bizə sülhü qiymətləndirməyi, onu müdafiə etməyi və düşmənlə mübarizədə cəsarətli və prinsipial olmağı öyrətməlidir.

“Təəssüf ki, nasizm və kommunizmdən sonra dünya yeni aqressiv ideologiya – “raşizm”lə qarşı-qarşıyadır. Bu ideologiya təkcə Ukraynanın müstəqilliyinə və suverenliyinə deyil, bütün beynəlxalq hüquq qaydalarına, bəşəriyyətin təhlükəsizliyinə və demokratiyaya təhdid yaradır.

Bu gün ukraynalılar təkcə özlərini deyil, həm də digər ölkələri və xalqları Rusiya təcavüzündən qorumaq üçün silahla mübarizə aparırlar. Bu mübarizə daha sabit və ədalətli təhlükəsizlik sisteminin qurulması üçün bir fürsətdir. Yeganə yol – təcavüzkarı məğlub etmək, Ukraynanın ərazi bütövlüyünü bərpa etmək və rus imperializminin yeni cinayətlərinin qarşısını almaqdır.

Rusiya 2022-ci ildən bəri hər gün minlərlə ölü və yaralı verərək, heç bir strateji məqsədə nail olmadan, 2025-ci il 9 may tarixində keçiriləcək hərbi parad da daxil olmaqla, nasizm üzərində qələbənin 80-ci ildönümünü təbliğat məqsədi ilə istifadə edir. Məqsəd – yeni qüvvələri səfərbər etmək, müttəfiqləri cəlb etmək və ölkədə hökm sürən iqtisadi böhran və milyonlarla insanın yoxsulluğuna baxmayaraq, rejimi gücləndirməkdir.

Biz beynəlxalq ictimaiyyəti İkinci Dünya müharibəsinin qurbanlarının xatirəsini tarixi həqiqətə əsaslanaraq anmağa və bu tarixi günün yeni hərbi cinayətlərin əsaslandırılmasına alət edilməsinin qarşısını almağa çağırırıq”, - diplomat vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 May 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see305

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see168

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see148

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see138

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see137

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see136

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see134

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see134

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see129

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see127

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see126

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see123

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see123

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see120

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see120

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri