Ukrayna sülh danışıqlarının yeni mərhələsinə hazırlaşır Bu tarixdə…
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
Ukrayna oktyabr ayında sülh danışıqlarının yeni mərhələsinə hazırlaşır.
Yeniavaz.com “RBK-Ukraina” agentliyinə xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Kirill Budanov jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Ancaq Budanov sülh danışıqlarının keçiriləcəyi yer barədə məlumat verməkdən imtina edib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya tərəfinin Ukrayna ilə bağlı üçtərəfli danışıqların bərpası ehtimalını istisna etmədiyini, lakin vaxt və yeri müzakirə etmək üçün hələ tez olduğunu bildirmişdi.
Daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin sülh yolu ilə həll üzrə növbəti görüşünün BƏƏ, Türkiyə və ya İsveçrədə keçirilə biləcəyini bildirmişdi. O, əlavə etmişdi ki, belə bir görüşün payızda keçirilməsini ümid edir.
Xatırladaq ki, Rusiya, Ukrayna və ABŞ arasında məsləhətləşmələrin əvvəlki mərhələsi 17-18 fevral tarixlərində Cenevrədə keçirilib.
Bu mövzuda digər xəbərlər:Türkiyə Rusiya Ukrayna danışıqlarının yeni mərhələsinə ev sahibliyi etməyə hazırdır
27 May 2025 10:43
İsrail və HƏMAS atəşkəs danışıqlarının yeni mərhələsinə hazırlaşır
09 Mart 2025 12:14
Ukrayna sülh danışıqlarının başlayacağı tarixi açıqladı
12 Sentyabr 2026 23:03
ABŞ Ukrayna danışıqlarının yeni mərhələsi
07 Aprel 2025 15:12
Aİ səfirləri Ukrayna ilə üzvlük danışıqlarının ilk mərhələsinə hazırlığa başlayıblar
04 İyun 2026 07:17
Baxış sayı:125
Bu xəbər 13 Sentyabr 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















