Icma.az
close
up
RU
Ukrayna üçün yeni zəmanət və Budapeşt dərsi: Yenə kağız üzərində söz, yoxsa..?

Ukrayna üçün yeni zəmanət və Budapeşt dərsi: Yenə kağız üzərində söz, yoxsa..?

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"1994-cü ilin Budapeşt Memorandumu ilə Ukraynanın təhlükəsizliyinə zəmanət verilməsi məsələsi ilə bağlı indiki vəziyyəti müqayisə etmək düzgün deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Ukraynanın təhlükəsizliyinə zəmanət verilməsi məsələsinin gündəmə gəlməsi fonunda, onu Kiyevin ərazi bütövlüyünə təminat verən, lakin bu təminatı təmin etməyən 1994-cü ilin Budapeşt Memorandumu ilə müqayisə edərkən deyib.

"Budapeşt Memorandumu imzalanan anda belə bilinirdi ki, o kağız parçasından başqa bir şey deyil. Çox keçmədi ki, həmin memorandum da öz qüvvəsini itirdi. Həmin dövrdə o, ancaq bir siyasi məqsədə xidmət edirdi və dərhal da öz funksiyasını yerinə yetirdi", deyə Arif Əliyev qeyd edib. 

İndiki halda isə Ukraynanın təhlükəsizliyilə bağlı sənəd imzalanarsa, Arif Əliyevin onun ciddi olacağına heç bir şübhəsi yoxdur:

"Çünki ortada olan qiymət çox böyükdür. Burada söhbət təkcə Ukraynanın təhlükəsizliyindən getmir. Bununla Avropa özü üçün də müəyyən təhlükəsizlik zəmanətini təmin edir. İkincisi, bu halda 6 müharibəni dayandırdığını desə də, Ukrayna müharibəsilə bağlı sülhə nail olmaq Tramp üçün daha böyük əhəmiyyətə malikdir".


Ekspert bildirir ki, bununla belə məsələ ətrafında suallar hələ də çox olaraq qalır:

"Ərazi mübadiləsilə bağlı söhbətin hansı səviyyədə yekunlaşacağı tam bəlli deyil. Təsadüfi deyil ki, son iki gündə gah Tramp, gah da Zelenski müxtəlif, hətta bəzən bir-birilə uzlaşmayan bəyanat, təkliflər verirlər. Məsələn, elə Kiyev üçün təhlükəsizlik zəmanəti üzrə görüşlərin Budapeştdə keçirilməsi təklifi. Odur ki, hələ aydın olmayan suallar çoxdur. Şübhələr böyük olsa da, Zelenski Putin görüşü baş tutarsa, həmin görüş yəqin ki, bir çox suallara cavab verəcək. Amma hansısa bir müqavilə imzalanarsa, onun ən azı müəyyən müddət ərzində ciddi sənəd olacağlna heç bir şübhə yoxdur".

Qeyd edək ki, 1994-cü ilin dekabrın 5-də Ukraynanın nüvə silahından imtina etməsi müqabilində onun ərazi bütövlüyünə təminat verilən Budapeşt Memorandumu imzalanıb. Həmin sənədi ABŞ, Böyük Britaniya, Rusiya və Ukrayna imzalayıb. Sonradan Fransa və Çin də sənədi dəstəkləyirlər. Sənədə əsasən ona imza atan dövlətlər Ukraynanın ərazi bütövlüyü və suverenliyini hörmətlə qorumağı, ona qarşı güc işlətməmək, iqtisadi təzyiq etməmək, BMT Təhlükəsizlik Şurası vasitəsilə təhlükəsizlik təminatını dəstəkləmək öhdəliyini götürdülər. Lakin ötən dövr göstərdi ki, Budapeşt Memorandumu Ukraynanın ərazi bütövlüyünə təminat vermək gücündə deyil. Memoranduma imza atanlardan biri, yəni Rusiya imzasına hörmət etməyərək, 2014-cü ildən başlayaraq Ukrayna ərazilərinin bir hissəsini işğal etdi. 

Bu gün Ukraynada və Qərbdə çoxları Budapeşt Memorandumunu "aldadıcı sənəd” kimi görür. Çünki Ukrayna nüvə silahını itirsə də, bunun müqabilində aldığı zəmanətlər işə yaramadı. İndi isə yenə Ukraynaya sülh müqabilində zəmanətlər məsələsi müzakirə edilir. Hətta belə bir görüşün Budapeştdə keçirilməsi söhbəti də var. Zelenski bu variantda isti yanaşmadığını bildirib.

Rüfət Sultan


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Avqust 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see347

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see163

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see160

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see160

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see159

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see153

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see149

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see141

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see139

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see136

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri