Icma.az
close
up
RU
Ukrayna məsələsi üçün son həmlələr: Budapeşt sammiti fonunda nələr dəyişəcək?

Ukrayna məsələsi üçün son həmlələr: Budapeşt sammiti fonunda nələr dəyişəcək?

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin “hazırkı təmas xətti əsasında danışıqlara başlamağa hazırıq” bəyanatı beynəlxalq siyasətdə dərhal diqqət mərkəzinə düşdü.

Bu açıqlama Kiyevin əvvəlki mövqeyindən geri addım atması kimi qiymətləndirilə bilərmi, yoxsa sadəcə strateji bir taktika xarakteri daşıyır? Zelenskinin bu mesajı Ukrayna daxilində və Qərb müttəfiqləri arasında necə qarşılanacaq - dəstək, tərəddüd, yoxsa narahatlıq doğuracaq? Eyni zamanda, Rusiya tərəfi “hazırkı təmas xətti” təklifini qəbul etməyə hazırdırmı, yoxsa Moskva bundan əlavə güzəştlər tələb edəcək?

Analitiklər arasında bu prinsipin münaqişənin “dondurulması” mənasına gəlib-gəlməyəcəyi barədə də müxtəlif fikir və təxminlər mövcuddur. 

Bu baxımdan, Zelenskinin açıqlaması yalnız danışıqlar üçün çağırış yox, həm də münaqişənin gələcək istiqamətini proqnozlaşdırmaq üçün bir “sınaq siqnalı” kimi dəyərləndirilir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Amid Əliyev bildirib ki, dünyanın diqqəti yaxın zamanda keçirilməsi planlaşdırılan Budapeşt Sammitinə yönəlib:

"Bu sammit ABŞ, Rusiya və Ukrayna liderlərinin iştirakı ilə baş tutacaq tarixi bir görüş kimi dəyərləndirilir. Görüş təkcə müharibənin taleyini deyil, həm də üç dövlət arasında gələcək siyasi münasibətlərin əsas konturlarını müəyyən edə bilər. Hazırkı mərhələdə tərəflərin məqsədləri və mövqeləri fərqlidir, lakin onları birləşdirən ortaq amil var: diplomatik masadan qalib çıxmaq istəyi. ABŞ üçün Budapeşt Sammiti həm siyasi, həm də strateji baxımdan mühüm əhəmiyyət daşıyır. Vaşinqton bu görüşlə Rusiya ilə münasibətləri müəyyən qədər sabitləşdirmək və eyni zamanda sülhə aparan tərəf kimi görünmək niyyətindədir".

Amid Əliyev: Əgər Rusiya real sülh planı təqdim etməzsə, sammit onun üçün sadəcə vaxt udmaq vasitəsinə çevrilə bilər

Onun sözlərinə görə, son illər Qafqaz və Yaxın Şərqdə vasitəçilik təşəbbüsləri göstərən ABŞ bu xətti davam etdirməkdə israrlıdır. Sammit həm də ABŞ üçün qlobal liderlik imicinin yenidən təsdiqlənməsi deməkdir:

"ABŞ-nin NATO-nun əsas dayağı olması və Ukraynanın ən böyük hərbi dəstəkçisi kimi rolu onun diplomatik çəkisini artırır. Bununla belə, daxili siyasi parçalanma və müxtəlif böhran ocaqları Vaşinqtonun diqqətini yayındırır. Avropa müttəfiqləri arasında ABŞ-ın birtərəfli addımlar ata biləcəyi ilə bağlı narahatlıqlar da artır. Ukraynaya yardım məsələsindəki qeyri-müəyyənliklər ABŞ-ın “etibarlı tərəfdaş” obrazına zərbə vura bilər. Rusiya üçün Budapeşt sammiti sanksiyalardan nəfəs almaq və beynəlxalq imicini qismən bərpa etmək fürsətidir".

Həmsöhbətimiz əlavə edib ki, Kreml özünü “sülhə açıq tərəf” kimi təqdim etməklə həm daxili, həm də xarici arenada mövqelərini möhkəmləndirmək istəyir. Moskva üçün danışıqlar həm strateji pauza, həm də siyasi manevr imkanı rolunu oynayır. Rusiya hələ də enerji və qaz sahələrində Avropaya təsir imkanlarını qoruyub saxlayır. Eyni zamanda, taktiki səviyyədə qeyri-ənənəvi diplomatik oyunlarda çevik davranmağı bacarır. Lakin uzanan müharibə və ağır sanksiyalar Rusiyanın iqtisadi dayanıqlığını ciddi şəkildə sarsıdır. İşğal edilmiş ərazilərin “qanuniləşdirilməsi” Moskvanın beynəlxalq etimadını azaldır.

"Əgər Rusiya real sülh planı təqdim etməzsə, sammit onun üçün sadəcə vaxt udmaq vasitəsinə çevrilə bilər. Ukrayna üçün Budapeşt görüşü həm ümid, həm də risk mənbəyidir. Kiyev bu sammitdən əlavə hərbi yardım və təhlükəsizlik zəmanətləri gözləyir. Eyni zamanda, Ukrayna tərəfi ABŞ və Rusiya arasında mümkün razılaşmanın öz iştirakı olmadan formalaşmasından ehtiyat edir. Bu vəziyyət Ukraynanı danışıqlarda subyekt yox, obyekt roluna sala bilər. Ukrayna beynəlxalq ictimaiyyətin rəğbətini və Qərbin dəstəyini hələ də qoruyub saxlayır. Lakin müharibənin uzun çəkməsi iqtisadi və hərbi resurslarını tükəndirib. Qərb birliyi daxilində Ukrayna məsələsinə vahid yanaşmanın olmaması da Kiyevin mövqeyini zəiflədir",- deyə Amid Əliyev əlavə edib.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Oktyabr 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri