Icma.az
close
up
RU
Aqil Məmmədov: Budapeşt Bəyannaməsi üzərində işlər yekunlaşdırılır

Aqil Məmmədov: Budapeşt Bəyannaməsi üzərində işlər yekunlaşdırılır

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Mayın 21-də Macarıstanın paytaxtı Budapeşt Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısına ev sahibliyi edəcək. Macarıstanın Baş naziri Viktor Orbanın ev sahibliyində keçiriləcək bu zirvədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan prezidentləri, eləcə də müşahidəçi statuslu ölkələrin nümayəndələrinin iştirakı gözlənilir. Bu, TDT tarixində ilk dəfədir ki, zirvə müşahidəçi ölkənin ərazisində təşkil olunur. Fakt özü təşkilatın geosiyasi miqyasını genişləndirmək niyyətinin və yeni mərhələyə keçidinin rəmzi sayıla bilər".

Bunu Oxu.Az-a açıqlamasında politoloq Aqil Məmmədov bildirib.

"Zirvə ərəfəsində diplomatik kanallar vasitəsilə "Budapeşt Bəyannaməsi" üzərində işlər yekunlaşdırılır. Bəyannamənin sammitin sonunda qəbul ediləcəyi gözlənilir. Bu sənəd təşkilatın gələcək strateji istiqamətləri baxımından mühüm əhəmiyyət daşıyacaq. Zirvə, həmçinin Avropa İttifaqı-Mərkəzi Asiya Sammitindən və bəzi Mərkəzi Asiya ölkələrinin yunan Kiprində səfirlik açmaq qərarından sonra liderlər səviyyəsində ilk yüksəksəviyyəli təmas olacaq. Bu qərarın yaratdığı siyasi disbalans Budapeştdə müzakirə ediləcək əsas mövzulardan olacaq. Xüsusilə, Şimali Kiprlə bağlı liderlər arasında həm rəsmi, həm də qeyri-rəsmi müzakirələrin aparılması gözlənilir".

Politoloqun sözlərinə görə, güman edilir ki, sammitin nəticəsi olaraq TDT-yə üzv ölkələr Şimali Kiprdə təmsilçilik ofislərinin açılması ilə bağlı siyasi qərar qəbul edə bilərlər. Belə bir addım rəsmi tanınma kimi qiymətləndirilməsə də, diplomatik protokollarda təmsilçilik ofisi anlayışı tanınmanın yumşaq forması hesab oluna bilər. Bu isə Şimali Kiprin beynəlxalq legitimlik uğrunda mübarizəsində əhəmiyyətli mərhələ ola bilər:

"TDT-yə üzv ölkələrin belə bir qərarı hüquqi arqumentlərlə əsaslandırması mümkündür. Bunlardan ən əhəmiyyətlisi 2004-cü ildə keçirilmiş BMT-nin təklif etdiyi Annan Planı üzrə referendumdur. Bu plan Kiprin türk və yunan icmalarının federativ əsaslarla birləşməsini nəzərdə tuturdu. Referendum nəticələrinə əsasən, Kipr türkləri plana 64.91% səslə "Hə" deyərkən, yunan icması 75.83% səslə "Yox" dedi. Beləliklə, türk tərəfi beynəlxalq ictimaiyyətin təklif etdiyi sülh modelini dəstəkləmiş, yunan tərəfi isə rədd etmiş oldu. BMT və Aİ kimi qurumlar bu nəticələrdən sonra Kipr türklərinə qarşı tətbiq edilən təcridlərin aradan qaldırılmasının vacibliyi haqqında danışmağa başladılar. TDT ölkələri bu referenduma istinad edərək humanitar və mədəni əməkdaşlığın legitim əsaslar üzərində qurulduğunu bəyan edə bilərlər".

Təmsilçilik modelləri beynəlxalq praktikada

Bu sahədə ən çox istinad olunan presedent Tayvan modelidir. 1979-cu ildə ABŞ Konqresi tərəfindən qəbul edilən "Taiwan Relations Act" adlı qanun bu ölkənin Çin Xalq Respublikası tərəfindən BMT-də tanınmasından sonra Tayvanla qeyri-rəsmi əlaqələrin davam etdirilməsi üçün hüquqi baza rolunu oynadı. ABŞ Tayvanda səfirlik əvəzinə "American Institute in Taiwan" adlı təmsilçilik ofisi yaratdı. Hazırda bu model Yaponiya, Almaniya, Kanada və digər ölkələr tərəfindən də tətbiq edilir.

Şimali Kiprə gəlincə, burada da analoji mexanizmlər mövcuddur. Hazırda Türkiyənin səfirliyi ilə yanaşı, ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya kimi ölkələr Şimali Kiprdə müxtəlif formatlarda təmsil olunurlar. Aİ-nin də Lefkoşada dəstək ofisi fəaliyyət göstərir. Bu qurumlar vasitəsilə viza xidmətləri, konsulluq əməliyyatları və sosial-iqtisadi layihələr icra olunur.

Eyni zamanda Aİ-nin "Yaşıl Dəhliz" layihəsi çərçivəsində Kiprin yunan və türk icmaları arasında ticarət əlaqələri inkişaf etdirilir. Məsələn, 2017-ci ildə Şimali Kiprdən cənuba ixrac 4.7 milyon avro olduğu halda, bu rəqəm 2023-cü ildə 15.4 milyon avronu keçib. Turizm statistikasında da bu əlaqələrin artdığı müşahidə olunur: hava və dəniz yolu ilə gələnlərin əksəriyyəti Türkiyədən olsa da (1.5 mln) , quru yoluyla gələnlər arasında yunan Kipri ( 3 mln çox) önə çıxır.

TDT ölkələrinin Şimali Kiprdə təmsilçilik ofisləri açması sadəcə diplomatik jest deyil, həm də strateji mesaj ola bilər. Bu addım türk dünyasının inteqrasiyasının konkret siyasi və iqtisadi alətlərlə dəstəkləndiyini göstərər. Əgər bu proses uğurla həyata keçirilərsə, bir tərəfdən Şimali Kiprin mövqeyi güclənər, digər tərəfdən isə TDT-nin beynəlxalq müstəvidə nüfuzu artar.

Uzunmüddətli perspektivdə bu qərar türk dünyasının geosiyasi xəritəsində dönüş nöqtəsinə çevrilə bilər. Şimali Kiprdə təmsilçilik ofislərinin açılması, təşkilatın daha çevik, prinsipial və gələcəyə yönəlik siyasi iradə nümayiş etdirməsinin real göstəricisi ola bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 May 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri