Icma.az
close
up
RU
Azərbaycan cüdosu üçün bürünc Budapeşt

Azərbaycan cüdosu üçün bürünc Budapeşt

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cüdo üzrə dünya çempionatı Azərbaycan millisinə üç bürünc medal qazandırdı. Bu nəticə göstərdi ki, ötən mövsümün parlaq uğurlarından sonra komanda yeni Olimpiya dövründə böyük yolun başlanğıcındadır. Nəticə qənaətbəxş sayılsa da, əldə olunan göstərici düşündürməyə bilməz.

İdman.biz xəbər verir ki, mövsümün əsas yarışının nəticələri birmənalı qarşılanmadı.

Bir tərəfdən, Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) dünya çempionatlarında ilk medallarını qazandılar, digər tərəfdən isə Hidayət Heydərovun (73 kq) dönüşü uğursuz oldu. O, ilk görüşdə gürcü Otari Kvantidzeyə uduzaraq gözlənilmədən mübarizəni erkən dayandırdı. Bununla belə, unutmayaq, Olimpiya çempionu yenilənmiş qaydalarla ilk dəfə tatamiyə çıxırdı ki, burada da “yuko” xalı həlledici ola bilər. Üstəlik, Heydərov Parisdən sonra yarışlarda iştirak etməmiş, Avropa çempionatını da soyuqdəymə səbəbindən buraxmışdı. Belə bir vəziyyətdə birbaşa dünya çempionatında çıxış etmək psixoloji baxımdan asan deyildi. Amma şübhə yoxdur ki, Hidayət bu uğursuzluqdan nəticə çıxaracaq və daha güclü şəkildə qayıdacaq – hər şey onun öz əlindədir.

Digər Olimpiya çempionumuz Zelim Kotsoyev isə Avropa çempionatının gümüş medalından sonra dünya çempionatında bürünc mükafatçı oldu. Budapeştdəki çıxışı asan keçmədi, dörddəbir finalda erməni əsilli rusiyalı Arman Adamyana məğlub olmaqla da ötənilki titulunu qorumaq şansını itirdi. O, ipponla qalib gəldiyini düşünərək bir anlıq arxayınlaşdığından rəqibin tutma fəndinə tuş gəldi. Bu emosional vəziyyətdən çıxaraq əvvəlcə İspaniya təmsilçisi Nikolaz Şerazadişvilini, sonra isə bürünc medal uğrunda görüşdə cənubi koreyalı Seheon Kimi məğlub etdi. Kotsoyev özü də etiraf edir ki, hələ ideal formasına çatmayıb, amma zamanla buna nail olacaq.

Elcan Hacıyev isə 90 kq çəki dərəcəsində aparıcı cüdoçulardan biri olduğunu sübut etdi. İlk dünya bürüncü xüsusilə dəyərlidir – çünki Olimpiadadan sonra çiyin və dizindən iki dəfə əməliyyat olunmuşdu. Finala çıxmağa yaxın olsa da, yaponiyalı Qoki Tacimaya uduzdu – hesabda öndə olduğu görüşdə riskli bir fəndlə fərqlənmək istədi, lakin rəqibin fəndi ilə qarşılaşdı. Bürünc medal uğrunda görüşdə isə estoniyalı Kristofer Kalyulaidə qalib gəldi. Keçmiş Avropa çempionu üçün yeni perspektivlər açıldı.

Zelim Tçkayev (81 kq) dünya çempionatlarında ilk medalını qazandı və bu, komanda üçün hazırkı turnirdə ilk uğur oldu. O, Olimpiya mükafatçısı cənubi koreyalı Cun-Hvan Lini yarışdan kənarlaşdırdı, yarımfinalda üçqat dünya çempionu Tato Qriqalaşvili ilə bərabər mübarizə apardı. Kiçik finalda isə BƏƏ təmsilçisi Nuqzari Tatalaşvilini məğlub etdi. Son yarım ildə qazandığı uğurlar – “Böyük Dəbilqə” çempionluğu, Avropa və dünya çempionatlarında bürünc medallar – Tçkayevin inkişafda olduğunu təsdiqləyir.

Üşanqi Kokauri (+100 kq) medalın bir addımlığında dayandı. O, ilk üç görüşdə qalib gəldi, Olimpiadadakı məğlubiyyətin əvəzini kubalı Endi Qrandadan çıxdı. Dörddəbir finalda Olimpiya gümüş medalçısı Quram Tuşişviliyə uduzdu, amma təsəlliverici mərhələdə ikiqat Olimpiya çempionu Lukaş Krpalekə qalib gəldi. Maraqlıdır ki, Kokauri 7 il əvvəl də dünya çempionatında – Bakıda keçirilən yarışda məhz Krpaleki məğlub edərək bürünc medal qazanmışdı. Bu dəfə isə üçüncü yer uğrunda döyüşdə dünya reytinqinin lideri, tacikistanlı Temur Rəhimova uduzaraq beşinci oldu.

Budapeştdəki qarşılaşmalar göstərdi ki, dünya çempionatı hələ də sürprizlərlə dolu, proqnozlaşdırılması çətin yarış olaraq qalır. Ən titullu idmançılar da uduza bilər – məsələn, yaponiyalı ikiqat Olimpiya çempionu Hifumi Abe bu dəfə yalnız bürünclə kifayətləndi, Tokio və Parisdə çempion olmuş Takanori Naqase (81 kq) isə ilk görüşdə məğlub oldu.

Azərbaycan yığmasının qarşısında hələ böyük bir iş durur. Çünki növbəti il dünya çempionatı Bakıda keçiriləcək və ev sahibləri həmin vaxta qədər maksimum hazırlıqlı olmalıdırlar.

Hazırda isə Budapeştdə qarışıq komandalar arasında turnir davam edir – 1/8 finalda millimiz Almaniya ilə qarşılaşacaq.

Zəki Feyzullayev

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 İyun 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see310

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see281

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see265

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see264

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see257

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see256

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see238

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see223

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see220

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see209

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see199

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see194

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see187

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see184

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see169

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see169

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri