Ukrayna və İran XİN rəsmilər danışdı
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa iranlı həmkarı Seyid Abbas Əraqçiyə zəng edib.
“Qafqazinfo” xəbər verir ki, nazir bu barədə “X” hesabında paylaşıb.
Sibiqa bildirib ki, Ukraynanın bütün addımları yalnız ölkəni Rusiyanın təcavüzündən müdafiə etməyə yönəlib.
O, Ukraynanın heç vaxt mülki gəmiləri və ya insanları hədəf almaq niyyəti daşımadığını bildirib.
Nazir qeyd edib ki, İranın son insidentdə həlak olan vətəndaşı və zərər görən mülki gəmi ilə bağlı açıqlamalarına münasibətdə də Ukraynanın mövqeyi dəyişməz olaraq qalır.
Onun sözlərinə görə, baş verən hadisələrin və itkilərin əsas səbəbi Rusiyanın Ukraynaya qarşı apardığı müharibədir.
Andriy Sibiqa həmçinin İranı vəziyyəti daha da gərginləşdirəcək addımlardan çəkinməyə və Rusiyanın Ukraynaya qarşı müharibəsinə verdiyi dəstəyi dayandırmağa çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 29 İyul 2026 00:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















