Icma.az
close
up
RU
Ukrayna və Rusiya İstanbul razılaşmaları çərçivəsində daha bir hərbi əsir mübadiləsi həyata keçirib

Ukrayna və Rusiya İstanbul razılaşmaları çərçivəsində daha bir hərbi əsir mübadiləsi həyata keçirib

Icma.az, Azertag saytına istinadən bildirir.

Kiyev, 12 iyun, AZƏRTAC

Ukrayna və Rusiya İstanbulda keçirilən danışıqların ikinci raundu çərçivəsində hərbi əsirlərin növbəti mübadiləsini həyata keçiriblər. Tərəflər iyunun 12-də yaralı və ağır yaralı hərbçilərdən ibarət qrupları vətənə qaytarıblar.

AZƏRTAC-ın məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, “bu gün ordumuzun əsgərlərini, Milli Qvardiya, Sərhəd Xidməti əməkdaşlarını evlərinə qaytardıq”. Prezidentin sözlərinə görə, onların hamısının müalicəyə ehtiyacı var və onlara zəruri tibbi yardım göstəriləcək. Bu, ağır yaralı və ağır xəstə hərbçilərin geri qaytarılması üzrə artıq ikinci mərhələdir.

“Rusiya əsirliyində olan hər bir vətəndaşımızın geri qayıtması üçün işləri davam etdiririk. Bu mübadilələrin həyata keçirilməsində çalışan hər kəsə təşəkkür edirəm. Hər kəs evinə - Ukraynaya geri dönməlidir”, – deyə Zelenski qeyd edib.

İyunun 2-də İstanbulda baş tutmuş danışıqların ikinci raundundan sonra Ukrayna və Rusiya nümayəndə heyətləri bütün ağır yaralı və ağır xəstə hərbçilərin, o cümlədən 18-25 yaş arası əsirlərin dəyişdirilməsi barədə razılığa gəliblər.

Bildirilib ki, bu kateqoriyadan olan əsirlərin mübadiləsi saya görə deyil, “hamının hamıya” prinsipi əsasında aparılacaq. Bununla yanaşı, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bəyan edib ki, yeni mübadilə çərçivəsində tərəflər “1200-ün 1200-ə” formatında əsir mübadiləsini həyata keçirəcəklər.

Bundan əlavə, tərəflər təxminən 6 min hərbçinin cəsədinin repatriasiyası (vətənə qaytarılması) barədə də razılıq əldə ediblər. Lakin Prezident Zelenski bildirmişdi ki, bu prosesdə ehtiyatlı olmaq lazımdır, çünki ruslar onların əlində olan cəsədlərin cəmi 15–20 faizini tanıya biliblər.

“Bizim üçün əsas məsələ rusların deyil, ukraynalıların cəsədlərini qaytarmaqdır”, – deyə dövlət başçısı əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see227

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:06see159

Məktəblilər qırmızıdan keçən “Renault”la toqquşmaqdan son anda xilas oldular VİDEO

01 Noyabr 2025 00:15see155

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see145

İranın məqsədi nüvə silahı əldə etməkdir ŞƏRH

30 Oktyabr 2025 19:31see136

Teva xərçəng riski ilə əlaqədar olaraq təzyiq dərmanını geri çağırır

31 Oktyabr 2025 14:32see133

Şabran sakinləri təhlükəli vəziyyətlə üz üzə qaldılar

31 Oktyabr 2025 01:36see132

Lukoyl Azərbaycandakı aktivlərini Putinin oliqarx dostuna satmaq istəyir

31 Oktyabr 2025 01:19see132

Çin 2030 cu ilə qədər Aya insanlı eniş etməyi hədəfləyir

30 Oktyabr 2025 16:16see129

Slovakiya piyadalar üçün sürət həddi tətbiq edəcək...

30 Oktyabr 2025 21:46see129

Cabir İmanovun çəkildiyi reklamlar niyə hələ də yığışdırılmır? Şirkətdən AÇIQLAMA

31 Oktyabr 2025 14:15see128

“Qarabağ”ın ispaniyalı transferi ilk oyununa çıxa bilər

30 Oktyabr 2025 20:07see126

Makron: Konqoya 1,5 milyard avro yardım ayrılacaq

31 Oktyabr 2025 02:05see126

Tələbələr universiteti məhkəməyə şikayət edə bilər?

01 Noyabr 2025 00:14see124

“Mançester Siti” ilin sonunadək Rodriylə müqaviləni uzatmağı düşünür

31 Oktyabr 2025 03:12see124

Qərbi Azərbaycan Xronikası: Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir

31 Oktyabr 2025 22:26see122

Karib dənizində güclü qasırğa Melissa iki ölkədə 68 nəfərin canını aldı, itkin düşənlər var

31 Oktyabr 2025 15:27see121

Beyninizin hansı yarımkürəsi dominantdır? Özünüzü sınayın

01 Noyabr 2025 07:07see121

Ağ Evin Halloueen bayramı: McDonald s uşaq restoranı interneti sevindirir…

31 Oktyabr 2025 21:35see120

Livan İsraillə müharibəni dayandırmağa hazır olduğunu açıqladı

31 Oktyabr 2025 16:15see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri