Ukrayna və Şimali Koreya hərbçiləri cəbhədə ilk dəfə üzüzə GƏLDİ
Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna və Şimali Koreya qoşunları ilk dəfə cəbhədə üz-üzə gəlib.
Sfera.az bildirir ki, məlumatı Ukraynanın müdafiə naziri Rustem Umerov da təsdiqləyib. O, bununla bağlı Cənubi Koreyanın rəsmi mətbuatına açıqlama verib. Umerov qeyd edib ki, cəbhədə kiçik miqyaslı qarşıdurma yaşanıb.
“Sözügedən münaqişə bütün qüvvələrin səfərbər olunduğu sistemli şəkildə təşkil edilmiş səviyyədə deyildi”, deyən müdafiə naziri münaqişənin vaxtı və yeri ilə bağlı ətraflı məlumat açıqlamayıb.
O, “Bunu Şimali Koreyanın müharibədə iştirakının başlanğıcı hesab etmək olarmı?” sualına “hə” cavabını verib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko da bu barədə danışıb. O, “X” sosial media platformasındakı paylaşımında Şimali Koreyanın Ukraynaya qarşı müharibəyə girdiyini təsdiqləyərək, “Şimali Koreya hərbi birləşmələri Kurskda ilk dəfə atəşə tutulub”, yazıb.
Günay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 05 Noyabr 2024 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















