Ukrayna Xəzərdə Rusiyaya növbəti zərbəni endirdi Hərbi yüklər daşıyan tankerler vuruldu
Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin keçirdiyi xüsusi əməliyyat nəticəsində Xəzər dənizində, Kalmıkiya sahilləri yaxınlığında iki Rusiya tankeri vurulub.
Turkustan.az xəbər verir ki, Ukrayna tərəfinin məlumatına görə, hədəfə alınan gəmilər silah və hərbi texnika daşıyırdı.
Zərbə endirilən Rusiya gəmilərinin “Kompozitor Raxmaninov” və “Askar-Sarıdja” olduğu bildirilir. Qeyd olunur ki, hər iki tanker hərbi məqsədlər üçün istifadə olunur və İran–Rusiya arasında hərbi yüklərin daşınmasında iştirak etdiklərinə görə ABŞ sanksiyaları altındadır.
Bu, son iki gün ərzində Ukraynanın Xəzərdə həyata keçirdiyi ikinci hücumdur. Xatırladaq ki, 11 dekabrda Ukrayna Təhlükəsizlik Xidmətinə məxsus pilotsuz uçuş aparatları Xəzər dənizində yerləşən neft hasilatı platformasının fəaliyyətini dayandırmışdı.
Bu hadisə Ukraynanın ilk dəfə Xəzər regionunda Rusiyanın enerji infrastrukturu ilə bağlı obyektinə zərbə endirməsi kimi qiymətləndirilmişdi. /Musavat.com/
Baxış sayı:47
Bu xəbər 12 Dekabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















