Ukrayna Yekaterinburqda azərbaycanlılara qarşı repressiv hərəkətləri qətiyyətlə pisləyir Yuri Qusev
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
"Ukrayna Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı repressiv hərəkətləri qətiyyətlə pisləyir".
525.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bildirib.
"Rusiya hakimiyyətinin Yekaterinburqda azərbaycanlılara hücumu sadəcə bir insident deyil, cəzasızlıq və insan həyatına nifrətlə qidalanan sistemli zorakılığın təzahürüdür. İllərdir beynəlxalq hüququ pozan, Ukraynaya qarşı işğalçı müharibə başladan, öz vətəndaşlarını siyasi əqidələrinə görə təqib edən Rusiya repressiv aparatını digər dövlətlərin vətəndaşlarına da qarşı yönəldir", - səfir qeyd edib.
O, həmçinin vurğulayıb ki, Rusiya güc strukturları tərəfindən törədilmiş bu qanunsuz zorakılıq aktı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) və ictimaiyyətinin haqlı reaksiyasına səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 30 İyun 2025 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















