Icma.az
close
up
RU
“Ukraynada atəşkəs mümkündür, amma” “Yaxın vaxtlarda yekun qərar olmayacaq” AzPolitika onlayn siyasi ictimai qəzet

“Ukraynada atəşkəs mümkündür, amma” “Yaxın vaxtlarda yekun qərar olmayacaq” AzPolitika onlayn siyasi ictimai qəzet

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Yaxın vaxtlarda Ukraynada müharibənin dayandırılması ilə bağlı yekun qərarın veriləcəyini gözləməyə dəyməz. Bununla belə, atəşkəs razılaşması mümkündür və bu, güclü mövqeyə malik olmaqla əldə edilməlidir.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Amerika diplomatiyasının rəhbəri vəzifəsinin başa çatması münasibətilə “The New Yorker Radio Hour”a müsahibəsində deyib. 

Blinkenin fikrincə, Ukraynada sülhə güc mövqeyindən - əvvəlcə Putinlə güclü çəkindirici vasitə kimi atəşkəs barədə razılıq əldə etməklə, sonra isə ələ keçirilən ərazilərin statusunu həll etməklə nail olmaq lazımdır: “Beləliklə, bu (razılığa nail olmaq – red.) güc mövqeyindən baş verməlidir, lakin kritik dərəcədə vacib olan bir şey də var. Həll yolu deyəndə, əslində, atəşkəsi nəzərdə tuturam, çünki yaxın vaxtlarda yekun həll olmayacaq. Bu o deməkdir ki, etibarlı bir çəkindirici qüvvə olmalıdır, çünki Putin istirahət etmək, yenidən silahlanmaq və nəhayət, yenidən hücum etmək üçün istənilən atəşkəsdən istifadə edəcək".

O əlavə edib ki, hazırda Rusiyanın nəzarətində olan ərazilərin statusu məsələsi “çox güman ki, uzun müddət həll olunmayacaq”.

Eyni zamanda, Dövlət Departamentinin hazırkı rəhbəri Prezident Volodimir Zelenskinin öz siyasətində Ukrayna xalqının əqidəsini əks etdirəcəyinə əmin olduğunu bildirib.

Xatırladaq ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp öncə müharibəni 24 saata başa çatdıracağını desə də, artıq bunun xeyli vaxt tələb etdiyini etitaf edib və məsələnin yaxın 6 ayda həll edilə biləcəyini deyib. Onun məsləhətçiləri də indi etiraf edirlər ki, müharibənin həlli bir neçə ay və ya daha çox vaxt aparacaq.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Yanvar 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see288

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see193

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see169

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri