Icma.az
close
up
RU
Ukraynada atəşkəs qeyri mümkündür

Ukraynada atəşkəs qeyri mümkündür

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


“Ukraynada atəşkəs və ya sülh ABŞ prezidenti Donald Tramp, Rusiya lideri Vladimir Putin və Ukrayna dövlət başçısı Vladimir Zelenskinin mövqeyindən asılıdır. Amma, hətta bu üç lider səmimi şəkildə atəşkəsə razılaşsa və hansısa sənədə imza atsalar belə, tam atəşkəsin əldə olunması qeyri-mümkündür. Ola bilsin ki, tərəflər bir müddət razılşmaya əməl edəcək, amma müəyyən zaman kəsiyindən sonra atəşkəs pozulacaq və onu nəzarətdə saxlamaq mümkün olmayacaq. Odur ki, hər hansı tam atəşkəsdən söhbət gedə bilməz”.
Bunu Reyting.az-a hərbi ekspert Azad İsazadə deyib.
A. İsazadə konkret nümunə də göstərib: “1994-cü ilin mayında Ermənistan, Azərbaycan və Rusiyanın iştirakı ilə atəşkəs imzalandı, amma bir müddət sonra razılaşma pozuldu. Hətta müəyyən illərdə hərbi əməliyyatların da şahidi olduq. Və yaxud 2020-ci ildə Azərbaycan Ordusu Qarabağda anti-terror əməliyyatına start verdi, böyük bir ərazini işğaldan azad etdi. Nəhayət noyabrın 9-da Azərbaycan, Ermənistan və Rusiya arasında atəşkəs imzalandı. Amma bir neçə gündən sonra əməliyyatlar yenidən başladı. Bu proses 2023-cü ilə qədər davam etdi. Proses nə zaman sabitləşdi? Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail oldu, eyni zamanda Ermənistan anladı ki, bu müharibədə onun qələbə imkanı sıfıra bərabərdir. Sözsüz ki, Ermənistan ordusu özündə güc hiss etsəydi, heç vaxt atəşkəsə imkan verməzdi. Sadəcə, Ermənistanın gücü yoxdur. Üstəlik, görürlər ki, Azərbaycanın İsrail, Türkiyə və Pakistan kimi ciddi və güclü müttəfiqləri var”.
Hərbi ekspert qeyd edib ki, indiki halda Ukraynada müharibənin dayanma ehtimalı çox azdır, bəlkə də yoxdur: “Bəli, ABŞ tədricən Ukraynaya dəstəyini kəsir və bu prosesdən çıxaraq vasitəçi rolu oynamağa çalışır. Eyni zamanda Avropa bəyan edir ki, Ukraynanı dəstəkləyir. Biz hələlik Avropadan bəyanatlar eşidirik, real hərəkətlər müşahidə etmirik. Əgər, Ukraynaya real kömək olsa, bu ölkə hərbi uğurlar əldə edə bilər”.
Onu da qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanında Ukrayna və Amerika nümayəndə heyətləri - ABŞ dövlət katibi Marko Rubio, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Vals, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak ikitərəfli danışıqlar üçün Ciddə şəhərindədirlər.
Y. QACAR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://reyting.az
archiveBu xəbər 11 Mart 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri