Icma.az
close
up
RU
Ukraynada istefa dalğası: Müdafiədə dəyişiklik, siyasətdə gərginlik

Ukraynada istefa dalğası: Müdafiədə dəyişiklik, siyasətdə gərginlik

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin komandasında uzun illər əsas fiqurlardan biri hesab olunan Mixail Fyodorovun müdafiə naziri vəzifəsindən azad edilməsi ölkədə geniş müzakirələrə səbəb olub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, postundan ayrılandan sonra Fyodorov rəhbərliyi dövründə Müdafiə Nazirliyinin əldə etdiyi əsas nəticələri açıqlayıb. Onun sözlərinə görə, nazirlik innovativ silah sistemlərinə investisiyaları artırıb, pilotsuz uçuş aparatlarının tədarükünü əhəmiyyətli dərəcədə genişləndirib, Rusiya istiqamətində "logistika blokadası" layihəsini işə salıb və Krımın təcrid olunmasına yönələn fəaliyyətləri gücləndirib. O, həmçinin partlayıcı maddələr və raket istehsalçıları üçün irimiqyaslı qrant proqramının başladıldığını, Avropa tərəfdaşları ilə mühüm müdafiə sazişlərinin imzalandığını və ordunun transformasiyası prosesinə start verildiyini bildirib.

Mixail Fyodorov 2019-cu ildə Volodimir Zelenskinin seçki kampaniyasından etibarən prezidentin ən yaxın və etibarlı komanda üzvlərindən biri hesab olunurdu. Bu səbəbdən müxalifət uzun müddət ona tənqidi münasibət sərgiləyib. Bununla belə, son kadr dəyişiklikləri zamanı parlamentdə müxalifətin də dəstəyini qazanan yeganə namizəd sırf hərbi uğurlarına görə məhz Fyodorov olub. Bu baxımdan, onun vəzifədən uzaqlaşdırılması Ukrayna cəmiyyətində narazılıq yaradıb. Müxtəlif şəhərlərdə etiraz aksiyaları intensivləşib. Eyni zamanda, ölkənin Baş Qərargah rəisi Aleksandr Sırskinin istefası tələbi ilə çıxış edənlərin də sayı artıb.

Bəs Mixail Fyodorovun vəzifədən azad edilməsinin arxasında hansı səbəblər dayanır? Bu qərar Ukraynanın daxili siyasi vəziyyətinə və müharibənin gedişinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Oxu.Az-a danışan ukraynalı politoloq Aleksandr Kovalenko bildirib ki, həqiqətən də hazırda Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı general Aleksandr Sırskinin istefası ilə bağlı çağırışlar kifayət qədər çoxdur:

"Bu, ilk növbədə müdafiə naziri Mixail Fyodorovun vəzifəsindən getməsi ilə bağlıdır. O, istefasına dair keçirdiyi mətbuat konfransında bildirib ki, general Sırski ilə bir sıra məsələlərdə razılığa gələ bilməyib. Onun sözlərinə görə, aralarında normal əlaqə qurmaq, ortaq mövqe tapmaq mümkün olmayıb. Hətta müəyyən mənada demək olar ki, Fyodorov açıq şəkildə Sırskini Müdafiə Nazirliyinin fəaliyyətinə mane olmaqda ittiham edib. Məhz bu hadisələrdən sonra Ukrayna vətəndaşları küçələrə çıxaraq etiraz aksiyalarına başlayıblar. Etirazçılar təkcə Mixail Fyodorovun vəzifədən uzaqlaşdırılmasına deyil, həm də Aleksandr Sırskinin vəzifədə qalmasına etiraz edirlər".

Ekspert bildirib ki, hazırda Volodimir Zelenskinin hansı qərarı verə biləcəyi ilə bağlı müxtəlif və bir-birini təkzib edən məlumatlar yayılır:

"Lakin ümumilikdə demək olar ki, əgər prezident Silahlı Qüvvələrin Baş Komandanını dəyişmək qərarı versə, onun yerinə Ukrayna cəmiyyətinə yaxşı tanış olan və yüksək nüfuza malik namizədlərdən biri seçiləcək. Küçədən gələn, heç kimin tanımadığı bir şəxsin bu vəzifəyə təyin olunacağı gözlənilmir. Potensial namizədlər arasında artıq 3-cü Ordu Korpusunun komandanı Andrey Biletskinin adı çəkilir. O, həm hərbçilər, həm də ictimaiyyət arasında yüksək nüfuza malikdir, mediada tanınan simadır və əlavə təqdimata ehtiyacı yoxdur. Digər namizəd isə general Mixail Drapatıdır. O da mediada kifayət qədər tanınır. 2014-cü ildən məşhurdur. Həmin dövrdə Mariupol istiqamətində həyata keçirilən yarma əməliyyatına rəhbərlik edib. Bu əməliyyat Rusiya Federasiyasının hibrid qüvvələrinin Mariupolu nəzarətə götürmək cəhdinə qarşı həyata keçirilmişdi. Bundan başqa, o, bir sıra müdafiə mövqelərinə və hücum əməliyyatlarına da komandanlıq edib. Bu baxımdan hazırda Volodimir Zelenski seçim qarşısındadır. Əgər Aleksandr Sırskinin dəyişdirilməsi barədə qərar qəbul olunarsa, fikrimcə, yeni baş komandan böyük ehtimalla bu iki namizəddən biri olacaq. Alternativ olaraq üçüncü namizəd də seçilə bilər, lakin o da zəngin xidmət yolu keçmiş şəxs olmalıdır. Bu amilə görə müdafiə naziri vəzifəsinin icraçısı olaraq da Yevgeni Xmara təyin olundu. Müxtəlif variantlar müzakirə olunsa da, nəticədə məhz Ukrayna Təhlükəsizlik Xidmətinin generalı Yevgeni Xmara seçildi. O, Rusiya Federasiyası ərazisində həyata keçirilən bir sıra Ukrayna Təhlükəsizlik Xidmətinin əməliyyatlarının ideoloqlarından və təşkilatçılarından biri olub. Bunlara 2025-ci il iyunun 1-də keçirilən "Tor" əməliyyatı da daxildir. Yəni yenə də cəmiyyətin yaxşı tanıdığı və həm mülki, həm də güc strukturları arasında nüfuz qazanan şəxs seçilib. Ona görə də əgər Baş Komandan general Aleksandr Sırski ilə bağlı dəyişiklik qərarı qəbul edilərsə, onun yerinə də analoji nüfuza malik namizədlərdən biri təyin olunacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://baku.ws
archiveBu xəbər 18 İyul 2026 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri