Icma.az
close
up
RU
UKRAYNADA KÜTLƏVİ AKSİYALAR Bu qanun ölkəni çalxalayır + FOTO/ VİDEO

UKRAYNADA KÜTLƏVİ AKSİYALAR Bu qanun ölkəni çalxalayır + FOTO/ VİDEO

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Rusiya ilə ölüm-dirim savaşı aparan Ukraynada daxili sabitliyi poza biləcək hadisələr yaşanmaqdadır.

Hurriyyet.az xəbər verir ki, Kiyevdə Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) və Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğun (SAP) səlahiyyətlərinin azaldılmasına etiraz olaraq kütləvi etiraz aksiyası keçirilib. Etirazçılar Kiyevin mərkəzində İvan Franko teatrının yaxınlığında toplaşıblar.

Qeyd edək ki, iyulun 22-də Ali Rada NABU və SAP-ın səlahiyyətlərinin azaldılması haqqında qanun qəbul edib. Bu qanun cəmiyyətdə narazılığa səbəb olub. Buna baxmayaraq, Prezident Volodimir Zelenski qanunu təsdiqləyib. Bu da narazılığı daha da artırıb.

Kiyev meri Vitali Kliçko da etirazçılara qoşulub. Bu barədə Ali Radanın müxalifətdən olan deputatı Aleksey Qonçarenko öz Telegram kanalında məlumat verib. Son məlumatlara görə, Odessa, Lvov və Dnepr sakinləri də etiraz aksiyasına çıxıblar.

“The Wall Street Journal” yazır ki, bu qanun və onun Zelenski tərəfindən təsdiqlənməsi Qərb müttəfiqlərinin Ukraynaya dəstəyini təhlükə altına qoya bilər. Ali Radanın bir qrup deputatı qəbul edilmiş qanunun konstitusiyaya uyğunluğunu mübahisələndirmək niyyətindədir. Bunu deputat Yaroslav Jeleznyak bildirib. Qeyd olunur ki, bu qanun Ukraynanın Avropa İttifaqına üzvlük perspektivinə də təhlükə yaradır.

SBU-nun rəhbəri İqor Malyuk isə deyib ki, qanunun mahiyyəti cəmiyyətə düzgün təqdim edilmir və korrupsiyaya qarşı mübarizə qurumları ləğv edilməyəcək: "Heç bir ləğvetmə olmayıb. Bu, sadəcə olaraq Konstitusiyaya qayıdışdır. SAP və NABU mövcud olmaqda və səmərəli işləməkdə davam edir".

Ukrayna Hərbi Kəşfiyyatının (GUR) rəhbəri Kirill Budanov isə qanunun adını çəkməsə də, kütləvi etirazlar fonunda özünün Telegram kanalında yazıb: "Ukrayna tarixi bizə öyrətdi ki, millət daxili ziddiyyətlərdən parçalandıqda uduzur. Bizim bir ümumi bəlamız, bir düşmənimiz var".

AzPolitika.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 İyul 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see250

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see228

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see211

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see189

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see178

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see164

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see162

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see155

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see147

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see145

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see140

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see139

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see138

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see137

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri