Serbiyada ölkə hökumətinə dəstək məqsədilə kütləvi aksiyalar keçirilir
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Serbiyanın 50-dən çox şəhər və qəsəbəsində ölkə hakimiyyətinə dəstək aksiyaları keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli RTS telekanalı məlumat yayıb.
Serbiya Prezidenti Aleksandr Vuçiçin sözlərinə görə, bu mitinqlər hökumət əleyhinə etiraz aksiyalarının iştirakçılarına qarşı deyil, etirazın bildirilmə formasına qarşı yönəlib: “Biz heç vaxt insanlara qarşı deyilik, lakin blokadalara və zorakılığa qarşıyıq”.
O qeyd edib ki, küçələri bağlayan insanlar üzlərini gizlədirlər: “Onlar gizlənirlər, çünki təklif edəcəkləri heç bir şey yoxdur və təhlükəsizliklərindən qorxurlar”.
Xatırladaq ki, Serbiyada etirazlar 2024-cü il noyabrın 1-də Novi Sad şəhərində dəmiryol vağzalının damının bir hissəsinin uçmasından sonra başlayıb. İnsident zamanı 16 nəfər ölüb. Zaman keçdikcə bu aksiyalarda siyasi şüarlar də səslənməyə başlayıb.
Serbiyanın şəhərlərində vəziyyət ötən həftə gərginləşib. Etirazçılar aksiyalarını gücləndirib, axşam və gecə saatlarında onlar polislə toqquşmaya girir, yolları bağlayırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 20 Avqust 2025 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















