Ukraynada nüvə təhlükəsi: Ən pis ssenariyə...
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
38 ölkənin nüvə təhlükəsizliyi üzrə qurumlarının nümayəndələri Rusiya-Ukrayna müharibəsi fonunda bu qış Ukraynada elektrik təchizatının kəsilməsi və nüvə qəzası riskinin artması ilə bağlı birgə bəyanat yayıblar. Bu kontekstdə Avropa Radiasiyadan Mühafizə Səlahiyyətli Orqanlarının Rəhbərləri (HERCA), Qərbi Avropa Nüvə Tənzimləyiciləri Assosiasiyası (WENRA) və Şimal Ölkələri Radiasiya Təhlükəsizliyi Orqanları Moskvanı Ukraynanın nüvə obyektlərinə və onların təhlükəsiz işləməsi üçün zəruri olan enerji şəbəkəsinə hücumları dərhal dayandırmağa çağırıblar.
Politoloq Kamran Məmmədli bu barədə Bakıvaxtı.az-a danışarkən bildirib ki, dünya hazırda kifayət qədər mürəkkəb və təhlükəli geosiyasi mərhələdən keçir. Ona görə də xəbərdarlıqları ciddi qəbul etmək lazımdır:
"Müxtəlif regionlarda davam edən hərbi münaqişələr, nüvə dövlətləri arasındakı gərginlik və qarşılıqlı təhdidlər göstərir ki, nüvə təhlükəsizliyi artıq yalnız ayrı-ayrı ölkələrin deyil, bütün beynəlxalq ictimaiyyətin problemidir. Biz artıq elə bir dünyada yaşayırıq ki, əvvəllər çox uzaq görünən təhlükələr bu gün real risk kimi müzakirə olunur. Buna görə də dövlətlərin fövqəladə vəziyyətlərə hazırlıq planlarının olması, mülki müdafiə sistemlərini gücləndirməsi və mümkün nüvə insidentlərinə qarşı beynəlxalq koordinasiyanı artırması son dərəcə vacibdir".

Politoloq:
Rusiyanın nüvə silahından istifadəsi məsələni şərh edən K. Məmmədli bildirib ki, mövcud hərbi-siyasi vəziyyətə baxanda belə bir addımın Moskva üçün nə dərəcədə zəruri olacağı ciddi sual doğurur:
"Rusiya Ukraynanın müəyyən şəhər və ərazilərinə nəzarəti əlində saxlayır, hərbi əməliyyatlarını davam etdirir. Bu baxımdan Rusiyanın nüvə silahından istifadə etmək üçün çıxılmaz vəziyyətə düşdüyünü söyləmək olmaz. Nüvə silahından istifadə son dərəcə ağır beynəlxalq, siyasi və hərbi nəticələr doğura bilər. Ona görə də Rusiyanın bu addımı indiki məqamda atması real görsənmir. Eyni zamanda Rusiyanın silahdan istifadə etmədən qəsdən qəza törətməsi də real deyil. Çünki Ukraynada istənilən fəlakət həm yaxınlıqda yerləşən Rusiyanın öz ərazisini, həm də Ukraynada yaşayan rusları təhlükə altına salır", - deyə müsahibimiz vurğulayıb.
Politoloq hesab edir ki, bütün ssenarilərə hazır olmalıyıq, amma təhlükənin mövcudluğu onun mütləq gerçəkləşəcəyi demək deyil. Hazırkı Rusiya-Ukrayna müharibəsində nüvə təhlükəsi az ehtimal olunur.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 18 Noyabr 2026 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















