Ukraynada qadınlar da müharibə üçün səfərbər edilə bilər
Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
“Ukrayna hakimiyyəti qadınların və çoxuşaqlı ataların mümkün səfərbərliyinə ictimai reaksiyanı qiymətləndirir”.
Turkustan.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Dmitri Razumkov deyib.
“Son zamanlar qadınların və üç və ya daha çox uşağı olan valideynlərin səfərbər edilməsi ilə bağlı çox söz-söhbət gəzir, fikirlər səsləndirilir. Səfərbərlik yaşının azaldılması ilə bağlı da xəbərlər var. İnanmıram ki, belə şeylər təsadüfən baş versin. Bu, cəmiyyət üçün daha bir sınaqdır - insanların necə reaksiya verəcəyi və nə qədər irəli gedə biləcəkləri ilə bağlı sınağa çəkilir”, - deputat bildirib.
Razumkovun sözlərinə görə, bu cür təcrübələr bu gün çox təhlükəlidir, çoxuşaqlı ata səfərbər olunarsa, ailəsini təmin edə bilməyəcək. Deputat qeyd edib ki, qadınların səfərbər edilməsi barədə söhbətlər isə onları imkanları olduğu müddətdə uşaqları ilə birlikdə ölkəni tərk etməyə təşviq edəcək.
Deputat bu cür təşəbbüslərin Radaya təqdim ediləcəyi təqdirdə qarşısını almaq üçün əlindən gələni edəcəyinə söz verib./Teleqraf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 13 Avqust 2026 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















