Icma.az
close
up
RU
Ukraynada sülhə ABŞ və Avropanın baxışları

Ukraynada sülhə ABŞ və Avropanın baxışları

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı səylər, hələ ki, bir nəticə vermir. Son günlər ABŞ tərəfindən təklif olunmuş və avropalılar tərəfindən yenidən işlənmiş plan da gözlənilən müsbət nəticədən çox uzaqdır. Son günlər bu təkliflər və onunla bağlı keçirilən görüşlər dünya mediasının diqqətini məşğul edən əsas məsələlərdir. Artıq Moskvada ABŞ nümayəndə heyətinin Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşün yekunları haqqında da yeni fikirlər səslənməkdədir.

ABŞ prezidenti Donald Tramp da bu həftənin əvvəlində Moskvada Ağ Ev sahibinin nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin Putinlə danışıqları ilə bağlı münasibətini açıqlayıb. O bəyan edib ki, Amerika nümayəndə heyətinin Moskvada Ukrayna nizamlanması üzrə danışıqları yaxşı keçib, lakin gələcək hadisələri müzakirə etmək hələ tezdir.

ABŞ prezidenti Ağ Evdə jurnalistlərə açıqlamasında deyib: “Bu, olduqca yaxşı danışıq oldu”. Daha sonra isə Tramp Putinlə görüşü “çox yaxşı” adlandırıb. O qeyd edib ki, artıq Uitkoff və Kuşnerdən Rusiya prezidenti ilə danışıqların necə getdiyi barədə məlumat alıb: “Bu həftə Moskvaya səfər etmiş Stiv Uitkoff və Cared Kuşner Moskvanın Ukrayna böhranının həllində maraqlı olduğuna inanırlar. Onlar Rusiyanın bu münaqişəyə son qoymaq istədiyinə inanırlar”. Trampın sözlərinə görə, Rusiya Ukrayna münaqişəsi bitdikdən sonra ABŞ-la ticarəti inkişaf etdirmək istəyir.

Bununla belə, o, hadisələrin gələcək inkişafı haqda danışmaqdan imtina edərək bildirib: “İşlərin necə cərəyan edəcəyini deyə bilmərəm. Tanqoya iki nəfər lazımdır”. ABŞ dövlət başçısı fikrini davam etdirərək qeyd edib ki, Ukrayna ilin əvvəlində münaqişənin nizamlanmasına razılıq verməli idi, çünki o zaman daha əlverişli şərtlər olub.

Ukrayna böhranı ilə bağlı NATO-nun Brüssel toplantısında da geniş müzakirələr keçirilib. Avropalı müttəfiqlər Ukrayna üçün daha məqbul olan sülh planı tapmağa çalışırlar. NATO xarici işlər nazirlərinin məhz Moskva görüşündən sonra toplaşmasında məqsəd də Kiyevə dəstək üçün yeni tədbirləri müzakirə etməkdir. Almaniya Ukraynanın silah alması üçün əlavə 200 milyon dollar ayırmağı öhdəsinə götürür. Polşa, Norveç, Hollandiya və başqaları da ona qoşulmaqda qərarlıdır.

Yalnız İtaliya ABŞ silahlarının Ukrayna üçün alınmasını nəzərdə tutan NATO proqramında (PURL) iştirak etməyəcəyini bildirib, çünki artıq sülh danışıqları başlayıb. Bunu İtaliyanın xarici işlər naziri Antonio Tajani deyib: “Əgər razılaşma əldə etsək və döyüşlər dayansa, silaha ehtiyac olmayacaq. Başqa şeylər lazım olacaq, məsələn, təhlükəsizlik zəmanətləri…”. “Bloomberg” nəşri isə qeyd edib ki, bu açıqlamalar İtaliya hökumətinin Ukrayna ilə bağlı strategiyasında dəyişiklik olduğunu göstərir. Bu, həm ölkənin büdcə problemləri, həm də hakim koalisiya daxilində gərginlik fonunda baş verir.

Bu arada, Avropa liderləri Ukrayna üzrə danışıqlar prosesində öz rollarını gücləndirmək üçün yollar axtarmaqda davam edirlər. Dekabrın 3-də Fransa prezidenti Emmanuel Makron Çinə səfərə gedib. Fransa XİN başçısı Jan-Noel Barrot bəyan edib ki, Paris Pekinin atəşkəslə razılaşmaq üçün Moskvaya təsir edəcəyinə ümid bəsləyir. Aİ xarici işlər naziri Kaya Kallas isə etiraf edib ki, Aİ-nin Ukrayna məsələsində Çinə təzyiq etmək imkanları məhduddur. Amma Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukraynanın növbəti iki ildə maliyyə ehtiyaclarını ödəmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etməyi təklif edib.

Moskvada isə hesab edirlər ki, Avropa ölkələrinin böhranın həlli prosesinə daxil olması mümkündür, ancaq bu proses sonrakı mərhələdə olmalıdır. Rusların fikrincə, hazırda yalnız ABŞ münaqişənin uzunmüddətli nizamlanmasına nail olmaq üçün “bütün mümkün səylərə” hazırdır.

Paşa ƏMİRCANOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Dekabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri