Zelenskiyə etimad azalır? Ukraynada prezidentlik üçün dörd namizədin adı çəkilir
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenskinin mümkün rəqiblərinin adları açıqlanıb.
Milli.Az xəbər verir ki, bu barədə "Newsweek" nəşri yazıb.
Mümkün rəqibləri arasında ölkənin Böyük Britaniyadakı səfiri Valeri Zalujnı, Prezident Ofisinin rəhbəri Kirill Budanov, keçmiş müdafiə naziri Mixail Fedorov və sabiq prezident Petro Poroşenko yer ala bilər. Nəşr Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun araşdırmasına istinadən bildirir ki, sorğuda iştirak edən ukraynalıların əksəriyyəti Zelenskinin növbəti prezident seçkilərində namizədliyini irəli sürməməli olduğunu düşünür. Respondentlərin 71 faizi isə mövcud şəraitdə seçkilərin keçirilməsinin əleyhinə çıxış edib.
Bununla yanaşı, "Reytinq" Sosioloji Qrupunun məlumatına əsasən, mümkün prezident seçkilərində respondentlərin 23 faizi Zelenskiyə səs verməyə hazır olduğunu bildirib. Sorğu iştirakçılarının 53 faizi isə Ukrayna Prezidentinə etimad göstərdiyini qeyd edib.
Qeyd edək ki, adı çəkilən şəxslərin mümkün seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərar məlum deyil.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 13 Oktyabr 2026 00:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















