“Ukraynada yazadək sülh gözlənilmir” Finlandiya prezidentindən XƏBƏRDARLIQ
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Finlandiya Prezidenti Aleksandr Stubb Ukrayna müharibəsinin yaxın aylarda dayanacağına ümidlərin az olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, "Associated Press"ə müsahibəsində o qeyd edib ki, Ukraynada atəşkəs yazdan əvvəl mümkün görünmür və Avropa bütün çətinliklərə baxmayaraq dəstəyini davam etdirməlidir.
Stubb vurğulayıb ki, Kiyevdə baş verən korrupsiya qalmaqalı belə, Avropa ölkələrinin Ukraynaya yardımını zəiflətməməlidir.
Onun sözlərinə görə, qitə qarşıdan gələn qışı yalnız “dözümlülük, iradə və birlik”lə keçə biləcək.
Fin lider bildirib ki, Rusiya Avropanın bütün ərazisində hibrid hücumları və informasiya müharibəsini davam etdirir, bu səbəbdən həm siyasi, həm təhlükəsizlik baxımından gərginlik artmaqdadır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 16 Noyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















